Abşeronda taksi sürücüsünə qarşı soyğunçuluq edən “müştəri” saxlanılıb


Abşeron rayonunda taksi sürücüsünə qarşı soyğunçuluq edən “müştəri” saxlanılıb

Daxili işlər Nazirliyindən Sumqayit.tv-yə verilən məlumata görə, Abşeron rayonu Qobu qəsəbəsində taksi sürücüsünə qarşı soyğunçuluq edilib. Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə müraciət edən zərərçəkən sürücü bildirib ki, bir nəfər sərnişin avtomobilə əyləşərək onu qeyd edilən yaşayış massivinə aparmasını xahiş edib. Deyilən ünvana çatanda isə müştəri onun 360 manatını götürərək hadisə yerindən uzaqlaşıb. Qobu Polis Bölməsinin əmədaşları tərəfindən məlumat daxil olan kimi dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Həyata keçirilən əməliyyat zamanı həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Abşeron rayon sakini İxtiyar Salahlı saxlanılıb və o, ifadəsində törətdiyi hadisəni etiraf edib. Saxlanılan şəxs narkotik vasitələr maddələr aludəçisidir və o, bu maddələri əldə etmək üçün qeyd edilən hadisəni törətdiyini bildirib. 
Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Abşeron Rayon Polis İdarəsinə göndərilib. Bu şəxsin Abşeron rayonu, eləcə də paytaxt ərazisində digər qanunazidd hərəkətlər etdiyi istisna olunmur. İxtiyar Salahlının əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron Rayon Polis İdarəsinə, Qobu Polis Bölməsinə, ərazi üzrə polis orqanlarına, həmçinin  "102" Xidməti-Zəng Mərkəzin və Nazirliyin rəsmi sosial şəbəkə hesablarına  məlumat verə bilərlər.

Çevirisine Bak




1-12-2021, 15:27 183

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106