Qida sahəsində 200 metod akkreditə edilib


Bakı Regional Sınaq Laboratoriyası ISO 17025-2017 beynəlxalq standartının tələbinə uyğun fəaliyyət göstərərək ölkədə istehsal olunan, idxal-ixrac edilən qida məhsullarında və suda təhlükəsizlik və keyfiyyət göstəricilərinin müayinəsinin həyata keçirilməsi istiqamətində ixtisaslaşıb.

Sumqayit.tv xəbər verir ki, Laboratoriyada qida və kənd təsərrüfatı məhsullarının, yemlərin, içməli suların Azərbaycan Respublikasında qüvvədə olan normativ-texniki sənədlərlə yanaşı, beynəlxalq standartlarda da qeyd olunan keyfiyyət və təhlükəsizlik parametrlərinə uyğun mikrobioloji, toksikoloji, fiziki-kimyəvi sınaqları aparılır.
Laboratoriya həyata keçirdiyi sınaqların keyfiyyətə nəzarətini təmin etmək məqsədilə analitik standartlardan, standart referans materiallardan, sertifikatlı referans materiallardan istifadə edərək laboratoriya daxilindəki bütün cihaz və avadanlıqların performans, kalibrləmə yoxlamalarını aparır.
Laboratoriya "Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər" standartına uyğun milli akkreditasiya qurumu tərəfindən akkreditasiya olunub. Bakı Regional Sınaq Laboratoriyasında 200 metod  milli akkreditasiya qurumu tərəfindən akkreditə edilib.
Laboratoriyada sınaqlar ISO, AOAC, ASTM, NMKL, QOST kimi referans standartlardan istifadə edilərək həyata keçirilir. Laboratoriyada bütün qida məhsullarında yüksək həssaslığa malik ICP-MS (induktiv əlaqəli plazmalı optik və kütlə spektrometri) cihazı vasitəsilə beynəlxalq metodlardan istifadə edilərək toksiki metalların təyini sınağı həyata keçirilir. HPLC (yüksək effektli maye xromatoqrafı) cihazında alkoqolsuz içkilərdə və digər qida məhsullarında  kofein, konservantların (kalium sorbat, sorbin turşusu, natrium benzoat, benzoy turşusu) təyini, alkoqolsuz içkilərdə və balda karbohidratların (saxaroza, fruktoza, qlükozanın) miqdarının təyini sınaqları aparılır. GC 7820A qaz xromatoqrafında bitki və heyvan mənşəli yağlarda yağ turşu tərkibinin təyin edilməsi analizləri həyata keçirilir. Cihaz vasitəsilə bitki və kərə yağlarının falsifikasiyası - həqiqiliyi yoxlanılır, spredlərdə süd yağının kütlə payı təyin edilir. Həmçinin laboratoriyada süd məhsullarında bitki sterinlərinin təyini də aparılır. Bitki sterinlərindən stiqmasterin, kampasterin və β - sitosterinin təyini həyata keçirilir. Sınaqlar beynəlxalq ISO standartına uyğun olaraq aparılır. Sadalanan cihazlar Yaponiya, ABŞ, Almaniya kimi ölkələrin istehsalıdır. Yüksək dəqiqliklə işləyən bu cihazlar sayəsində bir çox məhsullarda qısa zaman kəsiyində doğru nəticələr əldə etmək mümkündür. Laboratoriyada qida məhsullarında keyfiyyət və təhlükəsizlik göstəricilərinin və enerji dəyərinin təyini də həyata keçirilir.
Laboratoriyanın bioloji müayinələri həyata keçirən bölməsi ISO 7218:2007, ISO 17025:2017 və “European Accreditation for Microbiological Laboratory EA-04\10” sənədinin tələbinə uyğun qurulub. Bölmədə bütün qida məhsullarında və suda təhlükəsizlik göstəricilərindən olan mikrobioloji sınaqlar aparılır. Qida məhsullarında Salmonella spp., Listeria monocytogenes, Bacillus cereus, Enterobacteriaceae, Koaqulyaz müsbət stafilokoklar, E.coli, Koliform bakteriyaları, Sulfit reduksiyaedici anaerob bakteriyalar, ümumi mikroorqanizmlərin, kif və maya göbələklərinin təyini sınaqları, suda isə E. Coli və koliformlar, Pseudomonas aeruginosa, Enterokokki və ümumi mikroorqanizmlərin təyini beynəlxalq ISO standart metodları əsasında həyata keçirilir.
 


15-12-2021, 15:46 230

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106