Goranboy rayonunda qadın fermerlərlə görüş keçirilib



Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən AFAQ (Aqrar Fəaliyyətli Azərbaycan Qadınları) layihəsi çərçivəsində qadın fermerlərə göstərilən dəstək tədbirləri davam edir.


Sumqayit.tv xəbər verir ki, layihə çərçivəsində qadın fermerlərlə növbəti görüş Goranboy rayonunda baş tutub. Görüşdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev və AFAQ layihəsinə qoşulmuş qadın fermerlər iştirak ediblər.
Görüşdə çıxış edən natiqlər AFAQ layihəsinin regionlarda yaşayan qadın fermerlərin inkişafında böyük əhəmiyyəti olduğunu vurğulayıblar. Layihə çərçivəsində baş tutan dəstək tədbirləri ailə təsərrüfatlarının inkişafı ilə yanaşı, regionların sosial-iqtisadi potensialını da artırır.
AFAQ layihəsi çərçivəsində göstərilən budəfəki dəstək tədbirindən Goranboy rayonunun Boluslu, Fəxralı, Məşədiqaralar və Xan Qərvənd kəndlərindən olan və layihələrə müraciət edən qadın fermerlər faydalanıblar. Təsərrüfat fəaliyyətlərini inkişaf etdirmək istəyən qadın fermerlər üçün heyvandarlıq və quşçuluq sahələri üzrə mütəxəssislər tərəfindən təlimlər keçirilib. Həmçinin müraciətçi qadınlar İnnovasiyalar Mərkəzi tərəfindən həyata keçirilən “Smart Xanım” layihəsi ilə tərəfdaşlıq çərçivəsində kouçinq sessiyasına da cəlb olunublar.
Görüşdən sonra iştirakçılar qadın fermerlərin idarə etdikləri təsərrüfatlara baxış keçiriblər. Layihənin mərhələlərini uğurla tamamlayan 15 təsərrüfat sahibi əvvəlcədən aparılan qiymətləndirmə sorğularına əsasən təsərrüfatlarının ehtiyacları üzrə kənd təsərrüfatı avadanlıqları (dən üyüdən avadanlıq, ot doğrayan avadanlıq, arı yeşikləri, bal süzən avadanlıq və s.) ilə təmin olunublar.
Qeyd edək ki, AFAQ layihəsi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların dəstəklənməsi, onların bilik və bacarıqlarının artırılması, maliyyə və digər resurslara çıxışlarının asanlaşdırılması məqsədi ilə icra edilir. Bu günədək layihəyə 600-ə yaxın müraciət daxil olub, 145 müraciətçinin təsərrüfatına baxış keçirilərək qiymətləndirmə sorğusu aparılıb. Layihənin tələblərinə cavab verən ümumilikdə 112 təsərrüfat sahibinə isə müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib. Layihə çərçivəsində dəstək tədbirləri bundan sonra da davam etdiriləcək.
 
AFAQ layihəsi çərçivəsində Goranboy rayonunda qadın fermerlərə dəstək göstərilib AFAQ layihəsi çərçivəsində Goranboy rayonunda qadın fermerlərə dəstək göstərilib AFAQ layihəsi çərçivəsində Goranboy rayonunda qadın fermerlərə dəstək göstərilib AFAQ layihəsi çərçivəsində Goranboy rayonunda qadın fermerlərə dəstək göstərilib AFAQ layihəsi çərçivəsində Goranboy rayonunda qadın fermerlərə dəstək göstərilib AFAQ layihəsi çərçivəsində Goranboy rayonunda qadın fermerlərə dəstək göstərilib AFAQ layihəsi çərçivəsində Goranboy rayonunda qadın fermerlərə dəstək göstərilib



20-12-2021, 10:44 206

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106