Heyvandarlığa aid beynəlxalq elmi-praktiki konfrans keçirilib




Gəncədə ”Heyvandarlığın müasir problemləri və innovativ konsepsiyalar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun yaranmasının 90 illiyinə və akademik Firuz Məlikovun anadan olmasının 120 illiyinə həsr olunmuş konfransda heyvandarlıq sahəsində aparılan elmi-tədqiqatlar, heyvanların cins damazlıq tərkibinin yaxşılaşdırılması istiqamətində beynəlxalq təcrübə, innovativ yanaşmalar və digər mövzularda müzakirələr aparılıb.


Konfransda açılış nitqi ilə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, hazırkı dövrdə hər bir ölkənin davamlı iqtisadi yüksəlişinin təmin edilməsi ilk növbədə həmin ölkədə elmin müasir tələblərə uyğun inkişaf etdirilməsini zəruri edir. İqtisadiyyatın innovasiyalara əsaslanan inkişaf istiqamətlərinin müəyyən edilməsi elmin, xüsusilə elmi-tədqiqat işlərinin inkişaf səviyyəsindən birbaşa asılıdır. Bu baxımdan elmi müəssisələr bilik iqtisadiyyatına keçidin və inkişafın hərəkətverici qüvvəsi rolunda çıxış edir. Elmi nailiyyətlərin geniş istifadə olunduğu aqrar sahənin inkişafı üçün ölkəmizdə dövlət tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir.
Bildirilib ki, 90 illiyi qeyd olunan Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu Azərbaycanda heyvandarlığın inkişafına öz elmi tədqiqat işləri ilə böyük töhfələr verib. İnstitutda yerli genofondların qorunması, heyvan növü və cinsləri üzrə damazlıq özəklərinin yaradılması, sabit irsi əlamətlərə malik yüksək məhsuldar cins heyvanlar yetişdirmək istiqamətində davamlı tədqiqatlar aparılıb. Lakin günün reallıqları heyvandarlıq sahəsində aparılan tədqiqatlara baxışın dəyişməsini tələb edir. Tədqiqat işləri dövrün çağırışları ilə ayaqlaşmalı, daha çox praktik əhəmiyət kəsb etməlidir.
Qeyd olunub ki, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu seleksiya-damazlıq işlərinin təşkili, müasir innovativ texnologiyaların tətbiqi, qidalıq dəyəri olan yem bitkilərindən istifadə və düzgün yemləmənin təşkili istiqamətində tədqiqatları genişləndirməlidir. Xüsusilə də institutdan biotexnologiyaların tətbiqi, gen mühəndisliyi, yetişdirmə sahəsində müasir çağırışlara uyğun iş quruculuğu sahəsində işlər aparılmalıdır. Bu hədəflərə nail olmaq üçün Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun maddi-texniki təchizatı tam yenilənib, müasir avadanlıqlar alınıb, ən müasir laboratoriyalar qurulub. İnstitutun kollektivi bu imkanlardan yararlanaraq günün tələblərinə uyğun tədqiqat işləri aparırlar.
Konfransda çıxış edən Milli Məclisin aqrar siyasət komitəsinin sədri, millət vəkili Tahir Rzayev bildirib ki, heyvandarlıq kənd təsərrüfatının əsas sahələrindən biri kimi ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Dövlət dəstəyi tədbirləri bu sahənin inkişafına müsbət təsir edir. Heyvandarlıq sahəsində praktiki təcrübələrlə yanaşı elmi tədqiqatlarda vacib əhəmiyyət kəsb edir. Elmi tədqiqat müəssisələri öz fəaliyyətlərini günün çağırışlarına uyğun qurmaqla bu sahənin daha da inkişafına öz töhvələrini verməlidirlər. 
Konfransda çıxış edən Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor İbrahim Cəfərov, İnstitutun formalaşmasında böyük zəhməti olmuş akademik Firuz Məlikovun ailəsi adından nəvəsi Şirin Məlikova, Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk, Qars Qafqaz Universitetinin rektor müavini Engin Kılıç, Knyaginiya Universitetinin Mühəndislik İnstitutunun direktoru Yevgeniy Voronov, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bərdə Ofisinin sədri Sabrina Denuncq Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti barədə fikirlərini bölüşüb, kollektivi yubiley münasibətilə təbrik ediblər.
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev rəhbərlik etdiyi elmi müəssisənin fəaliyyətinə həsr olunmuş təqdimatla çıxış edib.
Daha sonra institutun əməkdaşlarına fəxri fərmanlar təqdim olunub.
Konfrans iştirakçıları tədbir çərçivəsində Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda ən müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyalara, təcrübə fermalarına, yaşıl yem kütləsi istehsal edən konteynerlərə baxış keçiriblər. Qonaqlar Azərbaycan Dövlət Aqrar Universitetinin tədris-təcrübə təsərrüfatında baytarlıqı fakultəsinin tələbələri ilə görüşüb, təcrübi dərslərin gedişini izləyiblər.
Konfrans işini panel sessiyalarda davam etdirir. Panel sessiyalarda Türkiyə, Rusiya, İran və Belarusun 20-yə yaxın heyvandarlıq üzrə tanınmış alimin çıxışı nəzərdə tutulub. Tədbir iştirakçıları heyvandarlıqda embrion transferi, yem taxılının gigiyenikləşdirilməsi, simsiz zondlama sisteminin heyvandarlıqda potensil istifadəsi və digər mövzularda müzakirələr aparacaqlar.   
Konfrans işini sabah başa çatdıracaq.
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun 90 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçirilib Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun 90 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçirilib





23-12-2021, 11:21 166

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106