Sığortaya cəlb olunacaq bitki və heyvan növləri artırıldı



Azərbaycanda dövlət dəstəyi ilə həyata keçirilən aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndirilib. Azərbaycan Respublikası Nazirlər Kabineti “Aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi”ndə, “Aqrar sığorta predmetinin Tərkibi”ndə və 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nda dəyişiklik edilməsi barədə qərarları qəbul edib. Bu qərarlara əsasən Azərbaycanda aqrar sığorta vasitəsilə sığortalanan bitki və heyvan növlərinin sayı artırılıb.

Sumqayit.tv xəbər verir ki, “Aqrar sığorta predmetinin Tərkibi”ndə dəyişiklik edilməsi barədə qərara əsasən, dövlət dəstəyi ilə sığortalanan bitki növlərinin sayı indiki 14-dən 41-ə qaldırılıb. İndi bu siyahıya günəbaxan, soya, yonca, noxud, yaşıl noxud, alça, albalı, alma, armud, çiyələk, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı, zeytun, badam, qoz, soğan, kələm, qarpız, yemiş (qovun), pomidor, sarımsaq, darı bitkiləri də daxil edilib.
Paralel olaraq, aqrar sığorta vasitəsilə sığortalanan heyvanların siyahısı da genişlənib. Belə ki indiyədək yalnız südlük inək və camışlar sığortalandığı halda, bundan sonra xırdabuynuzlu (qoyun və keçilər) və ətlik istiqamətli iribuynuzlu heyvanların (danalar) da sığortalanması nəzərdə tutulur. Nazirlər Kabinetinin qərarları ilə aqrar sığorta üzrə təminat verdiyi risklərin siyahısı da genişləndirilib.
“Aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi”ndə dəyişiklik edilməsi barədə qərara əsasən bitkilərə münasibətdə sel və ya subasmanın, leysanın, ildırımın, şaxtavurmanın (donvurmanın), normadan artıq yağan qar yağıntılarının və kənd təsərrüfatı heyvanlarına münasibətdə kimyəvi maddələrin təsirindən zəhərlənmə nəticəsində ölüm risklərinin aqrar sığorta üzrə təminat verilən risklərin tərkibinə daxil edilməsi nəzərdə tutulur.
Bu dəyişikliklər nəticəsində aqrar sığortanın əhatə dairəsi genişlənərək ölkə üzrə əkin sahələrinin 99%-ni əhatə edəcək. Aqrar sığortanın təminat verdiyi risklərin siyahısının artırılması ilə bağlı qərar nəticəsində isə fermerlərin təsərrüfatları indiyədək zərər görülən əksər risklərdən etibarlı qorunacaq.
Xatırladaq ki, dövlət dəstəkli aqrar sığorta mexanizmi çərçivəsində sığorta haqqının 50%-i fermerlərə dəstək məqsədilə dövlət tərəfindən ödənilir.
Yeni qərarlar, aqrar sığortanın əhatə dairəsini genişləndirməklə yanaşı, ölkədə daha çox fermer və təsərrüfatın sığorta mexanizminə çıxışını təmin edəcək, gəlirlərini və təsərrüfatını qoruyacaq.
Aqrar sığortanın çoxsaylı meyvə və tərəvəz növlərini, xüsusilə də ölkədən ixrac olunan məhsulları əhatə etməsi Azərbaycandan xaricə məhsul ixrac edən təsərrüfatlara böyük dəstək olacaq, onların biznes fəaliyyətində dayanıqlığı artıracaq. Bununla da aqrar sığorta mexanizmi ərzaq təhlükəsizliyi ilə yanaşı, ölkədən ixraca da dəstək verəcək.




23-12-2021, 14:16 179

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106