Azərbaycan nümayəndə heyəti Qırğızıstanda səfərdə olub


İqtisadiyyat, Energetika və Kənd Təsərrüfatı nazirliklərinin nümayəndələri və sahibkarlardan ibarət Azərbaycan nümayəndə heyəti Qırğız Respublikasına səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti Qırğızıstanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçirib, müzakirələr aparıb.

Sumqayit.tv xəbər verir ki, Qırğızıstan Respublikasının investisiya naziri vəzifəsini icra edən Nuradil Bayasovla görüşdə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkəmizin Qırğızıstanla iqtisadi əlaqələrin inkişafına önəm verdiyini diqqətə çatdırıb, Azərbaycanda aparılan uğurlu islahatlar, əlverişli biznes və investisiya mühiti, işğaldan azad olunmuş ərazilərimizin investisiya potensialı barədə məlumat verib.
Nuradil Bayasov ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsində  maraqlı olduğunu vurğulayb, birgə layihələrin həyata keçirilməsi imkanlarını qeyd edib.
Görüşdə investisiya tərəfdaşlığının inkişafı barədə fikir mübadiləsi aparılıb.
Qırğız Respublikasının iqtisadiyyat və ticarət nazirinin müavini Kanat Abdrahmanovla görüşdə iqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətləri müzakirə olunub.
Bişkekə səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Qırğız Respublikasının Prezidenti Administrasiyasının Siyasi və iqtisadi araşdırmalar şöbəsinin müdiri Almaz İsanov, Qırğız Respublikasının kənd təsərrüfatı nazirinin müavini Azamat Mukaşev, rəqəmsal inkişaf nazirinin müavini Aynura Tuybayeva, energetika nazirinin müavini Tilek Aytaliyev və digərləri ilə keçirdiyi görüşlərdə iqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparılıb.
Azərbaycan-Qırğızıstan işgüzar görüşü keçirilib
Hər iki ölkənin rəsmi şəxslərinin və biznes dairələrinin iştirak etdiyi işgüzar görüşdə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, ölkəmizin Milli Prioritetləri, pandemiya şəraitində biznesin dəstəklənməsi tədbirləri, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verib. Nazir müavini kənd təsərrüfatı, sənaye, ticarət, investisiya, turizm və.s. sahələr üzrə əməkdaşlıq imkanlarını vurğulayıb, Qırğızıstanın özəl sektor nümayəndələrini Azərbaycanda yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa, biznes layihələrində iştiraka dəvət edib.
Qırğız Respublikasının investisiya naziri vəzifələrini icra edən Nuradil Bayasov Azərbaycanla qarşılıqlı əməkdaşlığın inkişafı barədə fikirlərini bildirib.
Tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Yusif Abdullayev, Azərbaycanın Qırğızıstanda səfiri Lətif Qəndilov, Qırğızıstanın Azərbaycanda səfiri Kayrat Osmonaliyev və digərləri iki ölkənin iqtisadi-ticarət əlaqələrinin inkişaf istiqamətləri barədə çıxış ediblər.
İşgüzar görüşdə Azərbaycanın və Qırğızıstanın ticarət, investisiya və turizm potensialına dair təqdimatlar keçirilib. 
Tədbir işgüzar dairələrin ikitərəfli görüşləri ilə davam edib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti “Bişkek” Xüsusi İqtisadi Zonası ilə tanış olub.

2-02-2022, 12:39 182

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106