Silahsaz soydaşımız Xalça Muzeyinə hədiyyələr təqdim edib


Martın 3-də Azərbaycan Milli Xalça Muzeyində Kanadada yaşayan soydaşımız, tanınmış silah ustası Emin Məmmədovun muzeyə bağışladığı yeni əl işlərinin təqdimatı keçirildi.

Əvvəlcə tədbir iştirakçıları muzeyə hədiyyə edilən nümunələrlə tanış oldular.
Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova təqdim olunan əl işləri haqqında məlumat verdi. Bildirdi ki, bu gün Emin Məmmədovun muzeyə hədiyyə etdiyi 11 ədəd soyuq silah nümunəsindən bir neçəsi ictimaiyyətə təqdim olunur. Bu unikal əl işləri sırasında XVIII əsrin sonuna aid, Qacarlar dövründə geniş yayılmış iki qalxan, XIX əsrə məxsus xəncər, həmçinin sənətkarın müəllifi olduğu qılınc və xəncərlər var. Böyük ustalıqla, yüksək zövqlə polad və tuncdan hazırlanmış qalxanlar incə, zəngin nəbati naxışlarla bəzədilib. Bu qalxanlar döyüş məqsədilə deyil, xüsusi mərasimlər üçün hazırlanır və dövrün yüksəkvəzifəli şəxslərinə hədiyyə edilirdi.
Muzeyin direktoru vurğuladı ki, silah ustasının “Şəmşir” qılıncı və Qaşqay xəncər dəsti 2000-ci illərdə polad, dəri, ağac, buynuz kimi materiallardan hazırlanıb. Onların tiyələri üzərində “Azərbaycan” sözü və sənətkarın adı həkk edilib.
Təqdimat mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirdi ki, Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası milli mədəni irs nümunələri ilə davamlı olaraq zənginləşir. Kanadada yaşayıb-yaradan Emin Məmmədov da bu işə öz töhfəsini verir. Yeni-yeni unikal sənət nümunələri yaradan sənətkar böyük xeyirxahlıq göstərərək onları doğma vətənindəki muzeyə bağışlayır.
Nazir qeyd etdi ki, hazırda Azərbaycanın mədəniyyət strategiyasının əsas hədəflərindən biri maddi-mənəvi irsimizin qorunub saxlanılması və inkişaf etdirilməsidir.
“Xaricdə olan dəyərli irs nümunələrimizin ölkəyə qaytarılması çox əhəmiyyətlidir. Mədəniyyət Nazirliyi olaraq bu işdə səylərimizi daha da artırmışıq. Ötən il Azərbaycanın üç xalçasını hərraclardan alaraq ölkəmizə gətirdik. Onların ikisini Milli Xalça Muzeyinə, birini Milli İncəsənət Muzeyinə hədiyyə etdik. Ölkəmiz və mədəniyyətimiz üçün xüsusi əhəmiyyət kəsb edən bu işdə əməyi olan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Heydər Əliyev Fondu başda olmaqla bütün təşkilatlara, azərbaycanlı və xarici mesenatlara, kolleksiyaçılara dərin təşəkkürümüzü bildiririk...”, – deyə Anar Kərimov qeyd etdi.
Nazir çıxışının sonunda Emin Məmmədova bu xeyirxah təşəbbüsünə görə təşəkkür etdi, ona peşəsində yeni uğurlar arzuladı.
Daha sonra çıxış edən AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov Azərbaycanda silah sənətinin çox dərin kökləri olduğunu söylədi. Bildirdi ki, silah nümunələri hərb tariximizin simvolu olmaqla yanaşı, gözəl bədii tərtibatı ilə sənət əsəri kimi də qiymətlidir.
Sonda Emin Məmmədov çıxış edərək göstərilən diqqətə görə tədbir iştirakçılarına təşəkkürünü bildirdi.
Qeyd edək ki, Kanada vətəndaşı olan Emin Məmmədov Azərbaycanın qədim silahsazlıq sənəti ənənələrini yaşadır, bu sahədə tədqiqat və təbliğat aparır. O, 2021-ci ildə UNESCO tərəfindən Parisdə təşkil olunan “Sülh üçün mədəniyyət” (Culture for Peace) müsabiqəsində birinci yerə layiq görülüb.


4-03-2022, 15:25 207

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106