Qobustanda xarici cins Simmental inəklərinin satışına başlanılıb


“Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan Qobustan Heyvandarlıq Nümayiş Kompleksinə yeni Avropa mənşəli cins damazlıq heyvanlar - “Simmental” inəkləri gətirilib. İnəklər kompleksin iribuynuzlu heyvanlarının saxlama fermasında standartlara uyğun şəraitdə saxlanılır, qidalandırılır və baytar nəzarəti edilir. Karantin müddəti bitdiyinə görə artıq inəklərin satışına başlanılıb.

Avstriya mənşəli “Simmental” cinsi Avropada geniş yayılıb, südlük-ətlik və ətlik-südlük istiqaməli cinsdir. “Simmental” adaptasiya baxımından quru-rütubətli, isti-soyuq iqlimlərə tez uyğunlaşan cins damazlıq heyvandır. Bu malın məhsuldarlıq və damazlıq keyfiyyəti olduqca yüksəkdir, yerli cinslərin təkmilləşdirilməsində istifadə edilir. Bu cinsin əsas xüsusiyyətləri: yediyi yemin müqabilində çoxlu məhsul hasil etmək, tezyetişkənlik, kökəlmə qabiliyyəti, ətin yüksək keyfiyyətli olması və sairdir. Ətlik-südlük istiqamətli Simmental cinsli heyvanların süd məhsuldarlığı və yağlılığı kifayət qədər yüksəkdir (5500-6500 lt və yağlılığı 3,8-4,1%). “Simmental” cinsli damazlıq heyvanların  laktasiya dövrü 305 gündür. Süd məhsuldarlığı 1-ci laktasiya dövründə 5500 lt-dən çox, 2-ci laktasiya dövründə 6500 lt-dən çox, 3-cü laktasiya dövründə 7000 lt-dən çox olur. “Simmental” cinsin ətlik keyfiyyəti yüksək olub, kökəldilmiş cöngələr 18 aylıqda 500 kq, 24 aylıqda 650 kq canlı kütləyə çatırlar. Yaxşı yemləmə və bəsləmə şəraitində 900-1100 qram sutkalıq çəki artımı əldə etmək mümkündür. Təmiz ət çıxarı 50-55 faiz olur.  
Bu heyvanların kompleksə gətirilib satılmasında əsas məqsəd fermerlərin cins heyvanlara əlçatanlığına, ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmaqdır. Xatırladaq ki, kompleksdə heyvanların 60% dövlət güzəşti ilə satışı təşkil edilir. Burada fermerlər heyvanlara baxış keçirərək, sərgi-satış mərkəzində və auksionda hərraca qoşularaq əldə edə bilərlər. Sərgi salonuna gələn ziyarətçilər ölkədə və Avropada satışda olan heyvanlar haqqında həm video çarx vasitəsilə, həm də satış nümayəndələri vasitəsilə onların məhsuldarlığı, şəcərəsi, cins tərkibi, saxlanılma şəraiti barədə ətraflı məlumat əldə edə bilərlər. Həmçinin, kompleksin daxilində heyvan satışını həyata keçirən lizinq şirkətləri, heyvanların sığrotalanması üçün sığorta şirkətləri fəaliyyət göstərir ki, bu da bu müasir kompleksdə heyvan alqı-satqısı zamanı bütün prosesləri fermerlər üçün daha asan edir. Belə ki, bütün alqı-satqı, sığorta, lizinq, güzəşt tətbiqi prosesləri vahid mərkəzdə həyata keçirilməklə, xidmətlərdə operativlik və şəffaflıq təmin edilir. Yəni, heyvan alışı zamanı Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 60% dövlət güzəştinin tətbiqi, lizinq, sığorta və qiymətlələndirmə şirkətləri mərkəzin özündə fəaliyyət göstərdiyi üçün artıq bu qurumlara ayrı-ayrılıqda müraciət etməyə ehtiyac qalmır. Fermer seçdiyi, aldığı heyvana görə sənədləşdirmə işlərini bir gün müddətində  vahid mərkəzdə həyata keçirmək imkanı əldə edir.
Kompleks həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir. Kompleksdə satışda olan heyvanlar haqqında məlumat almaq üçün 1659 əlaqə nömrəsi fəaliyyət göstərir.
Qobustan Heyvandarlıq Nümayiş Kompleksində xarici cins Simmental inəklərinin satışına başlanılıb   Qobustan Heyvandarlıq Nümayiş Kompleksində xarici cins Simmental inəklərinin satışına başlanılıb   Qobustan Heyvandarlıq Nümayiş Kompleksində xarici cins Simmental inəklərinin satışına başlanılıb   Qobustan Heyvandarlıq Nümayiş Kompleksində xarici cins Simmental inəklərinin satışına başlanılıb   Qobustan Heyvandarlıq Nümayiş Kompleksində xarici cins Simmental inəklərinin satışına başlanılıb   Qobustan Heyvandarlıq Nümayiş Kompleksində xarici cins Simmental inəklərinin satışına başlanılıb   Qobustan Heyvandarlıq Nümayiş Kompleksində xarici cins Simmental inəklərinin satışına başlanılıb   Qobustan Heyvandarlıq Nümayiş Kompleksində xarici cins Simmental inəklərinin satışına başlanılıb   Qobustan Heyvandarlıq Nümayiş Kompleksində xarici cins Simmental inəklərinin satışına başlanılıb   Qobustan Heyvandarlıq Nümayiş Kompleksində xarici cins Simmental inəklərinin satışına başlanılıb   Qobustan Heyvandarlıq Nümayiş Kompleksində xarici cins Simmental inəklərinin satışına başlanılıb  

9-03-2022, 15:12 297

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106