“Böyrəyim oğluma köçürüldükdən sonra temperaturu yüksəldi” - Qazi anası

“Böyrəyim oğluma köçürüldükdən sonra temperaturu yüksəldi”

Vətən Müharibəsinin iştirakçısı, Füzuli, Xocavənd, Cəbrayıl, Hadrut uğrunda gedən döyüşlərdə iştirak edən Aqşin Əlizadənin səhhətinə problem yaranıb.
Sumqayit.tv-in məlumatına görə bu barədə qazimizin anası Yeksarə Səfərova “Qafqazinfo”ya müraciət edərək bildirib ki, 1994-cü il təvəllüdlü Əlizadə Aqşin Eyvaz oğlu hərbi xidmətini Naxçıvan Muxtar Respublikasının “N" saylı hərbi hissəsində kəşfiyyat bölüyündə keçib və leytenant hərbi rütbəsi alıb.
A.Əlizadə 2020-ci il sentyabrın 21-dən təlimlərə cəlb olunub, sentyabrın 27-dən işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda zabit kimi döyüşlərə qatılıb.
Yanvarın əvvəllərində hərbi xidmətdən tərxis olunduqdan sonra onun üzü, əlləri, ayaqlarının şişmiş vəziyyətdə olduğu aşkar olunub. Həkimə müraciət etdikdən sonra ona kəskin böyrək çatışmazlığı diaqnozu qoyulub. Məlum olub ki, soyuqlamadan sonra 2-3 ay ərzində müdaxilə olmadığına görə böyrəkləri tamamən sıradan çıxıb.
Həkimlər Aqşin Əlizadəyə böyrək köçürülməli olduğunu bildirib, atası və anası donor olmaq üçün müraciət ediblər.
Y.Səfərova qeyd edir ki, Aqşinin atasının səhhətində bəzi problemlər olduğuna görə onun böyrəyinin köçürülməsinə qərar verilib: “Analizlərə 4-5 min manatdan çox xərcimiz çıxdı. İndi 12 min manat təşkil edən əməliyyat xərcini ödəyə bilmirik. Daha sonra dövlət rəhbərliyinə, Prezidentimizə və onun xanımı hörmətli Mehriban Əliyevaya müraciət etdik. Çox sağ olsunlar, əməliyyat xərcinin ödənməsi üçün vəsait ayrılmasına göstəriş verdilər. Buna görə bir ömür boyu onlara borcluyuq. Mənim böyrəyim oğluma köçürüldükdən sonra Aqşində temperatur yüksəldi, ishal, qusma başladı. Analizlər etdikdə qanından kreatinin normadan çox yüksək olduğu aydınlaşdı. Uzun müddət oğluma evdə müalicələr təyin olundu. May ayının əvvəllərində vəziyyəti kəskinləşdi, koronavirusa yoluxdu, sağaldıqdan sonra yenidən temperaturu yüksəlməyə başladı, iştahsızlıq, ishal yarandı”.
A.Əlizadənin anası bildirir ki, bu dəfə də müalicəyə 4 min manat xərc çıxandan sonra pulları bitdiyi üçün onu evə gətiriblər: “Bu dəfə bütün bəlaların üstünə qan azlığı da əlavə olundu. İndi yenidən məcburən Mərkəzi Klinik Xəstəxanaya yatırmışıq, gündə bir dənə iynəsinə 800 manat ödəyirik. Son bir ayda 10 min manata yaxın xərcimiz çıxıb. Artıq bütün imkanlarımız tükənib, borc alınması mümkün olan hər kəsdən borc almışıq. Yoldaşım da, mən də müəllimlik qazancımızla gündə min manata yaxın xəstəxana xərclərini qarşılamaq mümkün deyil.
İndi də oğluma qoyulan böyrəyin ayrılmasından qorxuruq. Buna görə də Aqşini Türkiyəyə aparıb, orada müayinə etdirmək istəyirik. Amma əlimizdə heç nə qalmayıb. Ümidimiz yenə də dövlətimizə, xalqımızadır. İnanırıq ki, dövlətimiz, xeyirsevər xalqımız erməni gülləsinin yan keçən balamın əlimizdən getməsinə imkan verməyəcək”.
Aqşin Əlizadə Vətən Müharibəsində iştirakına görə “Döyüşlərdə fərqlənməyə görə” medalı və Fəxri fərmanla təltif olunub.

7-07-2021, 09:54 238

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106