FHN ali məktəbdə yanğın-taktiki təlim keçirib - FOTO/VİDEO



Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) tərəfindən Avrasiya Universitetində “Yüksək saylı çağırışla yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirilib.

Təlimin keçirilməsində məqsəd DYMX-nin Bakı qarnizonunun yanğından mühafizə hissə və bölmələrinin şəxsi heyətinin yüksək saylı çağırış üzrə yanğınların söndürülməsi bacarıqlarının daha da artırılması, əməliyyat şəraitinin operativ qaydada qiymətləndirilməsi, cəlb olunan texnikaların qarşılanması və yönləndirilməsi, rabitə və arxa sahənin təşkil olunması, yanğınla mübarizə tədbirləri zamanı texniki təhlükəsizlik qaydalarına riayət edilməsi, təxliyənin təşkili və digər zəruri döyüş hərəkətlərinin aparılması qaydaları üzrə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlimə Bakı şəhərinin Nərimanov, Binəqədi, Nəsimi, Nizami və 1 saylı Xüsusi Təyinatlı Yanğından Mühafizə hissələrinin qüvvələri cəlb olunub.
Təlim zamanı yüksək saylı çağırışla “hadisə yerinə” operativ yetişən yanğınsöndürmə qüvvələri universitetin üçüncü və dördüncü mərtəbələrində “köməksiz vəziyyətdə qalan” tələbələri xüsusi xilasetmə vasitələrindən istifadə etməklə “xilas ediblər”. Həmçinin, ikinci mərtəbədə baş vermiş şərti yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə “söndürülüb”.
Uğurla həyata keçirilən təlimdən sonra Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə qərargahının rəisi daxili xidmət polkovniki Xudat Nəbiyevin iştirakı ilə əməkdaşların yanğın-taktiki təlim zamanı fəaliyyətləri müzakirə olunub, peşə hazırlığının daha da təkmilləşdirilməsi üçün müvafiq tapşırıqlar verilib.

Bizimlə əlaqə saxlayın


29-03-2022, 17:00 267

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106