Alaq otlarına qarşı mübarizə təlimlərinə başlanılıb



Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin və Aqrar Təlim Mərkəzinin mütəxəssisləri tərəfindən payızlıq taxıl əkinlərində aqrotexniki tədbirlərin, o cümlədən  alaq otlarına qarşı mübarizənin aparılmasına dair yerlərdə maarifləndirici tədbirlərə başlanılıb.

Belə ki, Beyləqan və Salyan rayonlarında taxıl sahələrində “Alaq otlarına qarşı mübarizə tədbirləri və pestisidlərlə iş zamanı texniki təhlükəsizlik qaydaları” mövzusunda təlim keçirilib. Təlimdə AXA-nın sədr müavini Cəfər Məhərrəmov, Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəhbərliyi, yerli qurumların nümayəndələri, Aqrar Təlim mərkəzlərinin və Dövlət Aqrar İnkişaf mərkəzlərinin mütəxəssisləri, taxılçılıqla məşğul olan 40-dan çox fermer iştirak edib.
Təlimdə AXA-nın sədr müavini Cəfər Məhərrəmov iştirakçılara yaz tarla işlərinin başlanması ilə əlaqədar payızlıq taxıl əkinlərində görüləcək işlər, o cümlədən taxıl sahələrində yayılan alaq otlarının növləri, zərərləri, mübarizə tədbirlərinin vaxtında və düzgün aparılması, tətbiq olunan yüksək keyfiyyətli herbisidlər və onlardan istifadə qaydaları, eləcə də pestisidlərlə iş zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunması  qaydaları barədə məlumat verib və tövsiyələr verib.
Sonra təlim iştirakçıları tərəfindən nümayiş məqsədilə seçilmiş 3 ha payızlıq taxıl  sahəsinə baxış keçirilib. Sahənin əsasən vələmir, qanqal, turpəng və digər alaqlarla sirayətlənməsi müəyyən olunub. Aqrar Təlim Mərkəzinin mütəxəssislərinin təşkilatçılığı ilə sirayətlənmiş sahədə alaqlara qarşı mübarizədə Resital Duo 452,42 q\l 2.4 D +Etyhylexylester + 6,25 q\l Florasulam təsiredici maddəli herbisidlərdən hektara  0.5 litr normasında məhlul hazırlanaraq taxıl sahəsinə  tətbiqi əyani nümayiş olunub.
Təlimdə fermerlərə maarifləndirici bukletlər təqdim olunub, sualları cavablandırılıb və  geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, təlimlər respublikanın digər rayonlarında da davam etdirilir. 
Taxıl sahələrində alaq otlarına qarşı mübarizə tədbirlərinin aparılmasına dair təlimlərə başlanılıb Taxıl sahələrində alaq otlarına qarşı mübarizə tədbirlərinin aparılmasına dair təlimlərə başlanılıb Taxıl sahələrində alaq otlarına qarşı mübarizə tədbirlərinin aparılmasına dair təlimlərə başlanılıb Taxıl sahələrində alaq otlarına qarşı mübarizə tədbirlərinin aparılmasına dair təlimlərə başlanılıb Taxıl sahələrində alaq otlarına qarşı mübarizə tədbirlərinin aparılmasına dair təlimlərə başlanılıb Taxıl sahələrində alaq otlarına qarşı mübarizə tədbirlərinin aparılmasına dair təlimlərə başlanılıb


Tarix: 04 Aprel 2022


4-04-2022, 14:10 257

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106