XDMX-nin kapitanı 100 min manatlıq dələduzluqda ittiham olunur



Keçmiş Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı, kapitan Vüqar Mikayılov 100 min manatlıq dələduzluqda ittiham olunur.

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, o, iki nəfəri aldadaraq pullarını ələ keçirdiyi üçün barəsində cinayət işi başlanılıb. V.Mikayılovla bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məlum olub ki, kapitan qulluq mövqeyindən istifadə etməklə “Zəngəzur” şirkətinin rəhbərindən 50 min manat alıb. Belə ki, həmin şirkətlə Dövlət Miqrasiya Xidməti arasında Şəki və Ağsuda Regional Miqrasiya İdarəsinin binasının tikintisi üçün anlaşma olub. Lakin Dövlət Miqrasiya Xidməti tikintidən sonra şirkətə 600 min manat borclu qalıb. Şirkət rəhbəri borcunu almaqda köməklik göstərməsi üçün tanışı vasitəsilə Vüqar Mikayılova müraciət edib. Kapitan Mikayılov isə bu işi 50 min manat qarşılığında görə biləcəyini deyərək həmin məbləği alıb.
Qeyd edilən məsələ ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinə sorğu ünvanladıq. Qurumun Mətbuat xidmətindən “Kriminalqafqaz”a bildirilib ki, “Zəngəzur” şirkətinin rəhbəri müxtəlif vaxtlarda müraciət edərək 2012-ci ildə inzibati binaların tikintisi ilə bağlı ödənilməmiş borcun qaldığını bildirib. Araşdırmalar zamanı həmin dövrə aid qeyd olunan məbləğdə borcu təsdiq edən hər hansı sənəd aşkar olunmayıb. Şirkət rəhbəri bununla bağlı dəvət edilib, məsələ müzakirə olunub və qanunvericiliyin tələblərinə uyğun müvafiq cavablar təqdim edilib.
Vüqar Mikayılovun daha bir dələduzluq əməli Lənkəran Ağır Cinayətlər Məhkəməsindəki cinayət işinin nəticəsinə təsir etməklə bağlı olub. Belə ki, o, rüşvət ittihamı ilə həbs edilmiş məmur Tofiq Əliyevin cinayət məsuliyyətindən azad edilməsi və ya cəzasının yüngülləşdirilməsinə kömək edə biləcəyini deyib. Əvəzində isə ondan 50 min manat alıb.
Qeyd edək ki, V.Mikayılov 2002-ci ildən Xüsusi Dövlət Mühafizə Xidmətində çalışıb. Dələduzluq əməlləri ortaya çıxandan sonra 2021-ci ildə xidmətdən və vəzifədən azad edilib. Hazırda onun barəsindəki cinayət işi aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Kapitan Mikayılov dələduzluq, cinayətə təhriketmə və rüşvət vermə ittihamları ilə mühakimə olunacaq.

19-04-2022, 12:20 361

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106