Qarabağ atlarının biomaterial bankı yaradılıb

Azərbaycan tarixində ilk dəfə Qarabağ atlarından süni vagina vasitəsilə toxum alınıb

Respublika Süni Mayalanma Mərkəzində Qarabağ atlarının biomaterial (toxum) kreobankı yaradılır. Azərbaycan tarixində ilk dəfə olaraq Qarabağ Atçılıq Kompleksindən gətirilmiş cins atlardan süni vagina vasitəsilə toxum alınıb. Alınmış toxum nümunələri Mərkəzin müasir laboratoriyalarında xüsusi üsulla qablaşdırılıb. Bu nümunələrdən atların cins tərkibinin daha da yaxşılaşdırılmasında istifadə olunacaq. Eyni zamanda Qarabağ atlarının kreobankının yaradılması bu cinsin qorunub saxlanmasına, biomaterialın itməməsinə köməklik göstərəcək.
Atların süni mayalandırılması məqsədilə Mərkəzdə respublikanın müxtəlif rayonlarından gəlmiş baytarlara  və süni mayalanma texniklərinə təlim keçirilib. Rusiyadan dəvət olunmuş xarici mütəxəssis tərəfindən keçirilən təlimlər 5 gün davam edib. Təlimlərdə yerli mütəxəssislərə cins atların damazlıq tərkibinin yaxşılaşdırılması üçün süni mayalanma üsullarından istifadə qaydaları öyrədilib. Qeyd edək ki, buna qədər Azərbaycanda yalnız iribuynuzlu mal-qaranın süni mayalanma yolu ilə artırılması praktikasından istifadə olunub.
Respublika Süni Mayalanma Mərkəzində Qarabağ atlarının biomaterial kreobankının yaradılmasına həsr olunmuş tədbirdə çıxış edən Mərkəzin direktoru Elton Əbdurəhmanov bildirib ki, son illər ölkədə atçılığın inkişafı üçün məqsədyönlü tədbirlər görülür. Azərbaycanda xüsusilə yerli cinslərdən olan Qarabağ atlarına maraq kifayət qədər böyükdür. Cins atlardan süni yolla biomaterial nümunələrinin alınması və toxum bankının yaradılması yaxın gələcəkdə Qarabağ atlarının baş sayının çoxalmasına ciddi təsir göstərəcək.
Tədbirdə Göygöl rayonu icra hakimiyyəti başçısının müavini Turani Əliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor İbrahim Cəfərov, Qarabağ Atçılıq Kompleksinin direktoru Elman Qədirov, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev, Qarabağ atları üzrə tanınmış mütəxəssis Yaşar Quluzadə çıxış edərək Qarabağ atlarının kreobankının yaradılmasını yüksək qiymətləndirib, bu addımın yerli atların cins damazlıq tərkibinin qorunub saxlanmasına  müsbət təsir göstərəcəyini qeyd ediblər.
Daha sonra tədbir iştirakçıları Respublika Süni Mayalanma Mərkəzində saxlanan Qarabağ atlarına baxış keçirib, Mərkəzin müasir laboratoriyaları ilə tanış olublar.
Azərbaycanda Qarabağ atlarının biomaterial bankı yaradılıb Azərbaycanda Qarabağ atlarının biomaterial bankı yaradılıb Azərbaycanda Qarabağ atlarının biomaterial bankı yaradılıb Azərbaycanda Qarabağ atlarının biomaterial bankı yaradılıb Azərbaycanda Qarabağ atlarının biomaterial bankı yaradılıb Azərbaycanda Qarabağ atlarının biomaterial bankı yaradılıb Azərbaycanda Qarabağ atlarının biomaterial bankı yaradılıb Azərbaycanda Qarabağ atlarının biomaterial bankı yaradılıb Azərbaycanda Qarabağ atlarının biomaterial bankı yaradılıb Azərbaycanda Qarabağ atlarının biomaterial bankı yaradılıb Azərbaycanda Qarabağ atlarının biomaterial bankı yaradılıb Azərbaycanda Qarabağ atlarının biomaterial bankı yaradılıb Azərbaycanda Qarabağ atlarının biomaterial bankı yaradılıb

20-04-2022, 17:20 183

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106