Qarabağda MV – 10 və MV – 4 minatəmizləmə maşınları əməliyyatlara qatıldı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə sağlam və təhlükəsiz yaşam mühitinin yaradılması istiqamətində zəruri tədbirlərin icrasını davam etdirir. 
2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə Prezidentimiz cənab İlham Əliyev - işğaldan azad edilən Qarabağın partlayıcı qurğulardan təmizlənməsi - prioritet məsələdir, və bu məsələ həllini tapmadan vətəndaşların yerləşdirilməsi mümkün deyil. Buna görə də işlərin davamlı və səmərəli keçirilməsi üçün  yeni texnika, dronlar və digər müasir cihazların alınması həyata keçirilir deyə vurğulayıb.
ANAMA tərəfindən həyata keçirilən mina və partlamamış hərbi sursatlardan (PHS) təmizləmə əməliyyatlarına Xorvatiyanın DOK-İNG şirkətinin istehsalı olan MV-10 və MV – 4 mexaniki minatəmizləmə maşınları qatılıb. Şirkət ilə bağlanmış müqaviləyə əsasən ümumi olaraq 11 ədəd xüsusi təyinatlı minatəmizləmə maşınlarının ölkəyə gətirilməsi nəzərdə tutulub. Qeyd edilən maşınlardan artıq 10 ədədi Agentliyə təhvil verilib, 1 mexaniki vasitənin isə cari ilin ilk yarım illiyinədək çatdırılması planlaşdırılır.
Humanitar minatəmizləmə fəaliyyəti zamanı istifadə edilən MV-10 maşınları 3000 metrə qədər məsafədən pult ilə idarə olunur. MV – 4 maşınları üzrə bu məsafə 1500 metr təşkil edir. Maşınlar böyük meyl bucağı və sərt torpaq örtüyü olan ərazilərdə rahat idarə edilir. 
Fırlanan zəncir aləti və kultivator eyni vaxtda və ya bir-birindən asılı olmayaraq işləmək imkanına malikdir.
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”-ə əsasən Böyük Qayıdış proqramının əsas istiqamətlərindən biri Qarabağ ərazisinin mina və müharibənin digər partlayıcı qalıqlarından təmizlənməsi ilə vətəndaşların təhlükəsiz qayıdışı və dayanıqlı məskunlaşması üçün münbit şəraitin yaradılmasıdır. Bu məqsədlə işğaldan azad edilmiş ərazilərdə humanitar minatəmizləmənin hər üç metodologiyasını tətbiq etməklə genişmiqyaslı minatəmizləmə əməliyyatları icra edilməkdədir.  

28-04-2022, 16:20 261

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106