Ölkədə özəl tibb müəssisələrinin sayı açıqlanıb

Hazırda Azərbaycanda özəl səhiyyə sektorunda 1400-ə yaxın biznes subyekti fəaliyyət göstərir.
 
Sumqayit.tv-nin məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev “Tibb biznesində perspektiv imkanlar” mövzusunda keçirilən ictimai müzakirələrdə çıxışı zamanı bildirib.
 
Nazir bildirib ki, səhiyyə və iqtisadiyyat bir-biri ilə ayrılmaz şəkildə əlaqəlidir. Sağlam əhali davamlı inkişaf və güclü makroiqtisadiyyat üçün ilkin şərtdir.
 
"Eyni zamanda, səhiyyə sisteminin inkişafı üçün tələb olunan maliyyə resurslarının formalaşmasında güclü iqtisadiyyata ehtiyac var. Mən özüm də uzun müddət özəl tibb sektorunda çalışmışam. Ötən müddətdə sektordakı dəyişikliklərin və irəliləyişlərin necə sürətlə baş verdiyinin şahidiyəm. Bunun nəticəsidir ki, hazırda Azərbaycanda özəl səhiyyə sektorunda 1400-ə yaxın biznes subyekti fəaliyyət göstərir. Özəl tibb müəssisələrinin, özəl tibbi praktika ilə məşğul olan subyektlərin sayının artması sahibkarlıq sahəsinə ölkə rəhbəri möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən verilən dövlət dəstəyinin nəticəsində mümkün olmuşdur".
 
"Yaşadığımız COVID-19 pandemiyası dünya ölkələrinin səhiyyə sistemləri üçün çətinliklər yaratdı, tibbi xidmətlərə tələbat misli görünməmiş şəkildə artdı. Səhiyyə sistemi üçün artan yükün bir hissəsini özəl sektor öz üzərinə götürdü. Buradan gəlinən qənaət odur ki, özəl sektor dövlət səhiyyə sisteminə müxtəlif istiqamətlərdən, istər səhiyyənin maliyyələşməsi, xidmətlərin göstərilməsi, tənzimləmələrin hazırlanması, istərsə də informasiya texnologiyaları və digər məsələlərdə inteqrasiya etməlidir", - deyə T.Musayev bildirib.

1-07-2022, 11:30 197

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106