İrandakı aksiyaların yüzüncü günü: RƏQƏMLƏR


İranda əxlaq polisinin Məhsa Əmini adlı gənc qadını (ikinci adı Jina) öldürməsinə qarşı keçirilən etirazlar 100-cü gününə qədəm qoyur.  
Sumqayit.tv
xəbər verir ki, keçən müddət ərzində İran təhlükəsizlik qüvvələri etirazçılara qarşı amansız davranıb, kütləvi həbslər edib, aksiyaçılara işgəncə veriblər. BMT-nin İnsan Hüquqları Şurasının 35-ci xüsusi sessiyasında “16 sentyabr 2022-ci ildə başlayan etirazlarla bağlı İran İslam Respublikasında insan hüquqlarının pozulması halları”nı araşdırmaq üçün yeni faktaraşdırıcı missiya yaratmaq haqqında qərar qəbul edilib.
Molla rejimi isə ölüm hallarını az göstərməyə çalışaraq BMT-nin müstəqil monitorinq aparmasına əngəllər yaradır.
İranda öldürülənlərin dəqiq sayı bəlli deyil, bununla belə, bəzi hesablamalarla təhlükəsizlik qüvvələrinin zorakılığı nəticəsində həlak olanlar barədə müəyyən rəqəmlər səsləndirilir.
ABŞ-də mənzillənən “Human Rights Activists News Agency” bildirir ki, sentyabrın 16-dan dekabrın 20-nə qədər ən azı 506 etirazçı öldürülüb. Bildirilir ki, öldürülənlərdən ən azı 69 nəfəri azyaşlıdır.  
İslam Respublikası saxlanılanların dəqiq rəqəmlərini təqdim etməsə də, nəzarət orqanları 652-si tələbə olmaqla ən azı 18 457 etirazçının həbs edildiyini bildirib.
Qeyd edək ki, İran bəzi etirazçılara ölüm hökmü də çıxarıb. Hazırda İranın altı vilayətinin altı şəhərində etiraz aksiyaları keçirilir. Ancaq etiraz fəallığının əvvəlki aylarda olduğu kimi artacağı istisna edilmir.
Etirazlar davam etdikcə İranın iqtisadiyyatı da çalxalanır, milli valyuta rial dollar qarşısında dəyər itirməkdə davam edir.

Oxu.az

26-12-2022, 16:18 147

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106