Saakaşvili jurnalistdən kömək istədi

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili "Bellingcat"in araşdırmaçısı, tanınmış jurnalist Xristo Qrozevdən kömək istəyib.
Sumqayit.tv APA-ya istinadən xəbər verir ki, bununla bağlı Saakaşvili "Facebook" hesabında müraciət edib.
"Çoxdandır sizin işinizin pərəstişkarıyam, amma heç vaxt düşünməzdim ki, bir gün sizdən kömək istəməli olacağam. Bildiyiniz kimi, ABŞ-ın ən yaxşı laboratoriyası və Nyu-Yorkun tanınmış toksikoloqu bu ilin martında mənim həbsxanada zəhərləndiyimi müəyyən ediblər. Mən mart ayında özümü çox pis hiss etdim, yüksək hərarət, qusma, çox tərləmə, baş ağrılarım var idi və verilən COVİD testlərimin nəticələri mənfi idi. O vaxtdan bəri səhhətim düzəlməyib", - Mixeil Saakaşvili qeyd edib.
Saakaşvili müraciətində bildirib ki, onun səhəttinin pisləşdiyini nəzərə alan həbsxana rəhbərliyi sabiq prezidenti xəstəxanaya köçürməli olub və orada həkimlər dərhal zəhərlənməsindən şübhələnsələr də, rəhbərlik həkimlərə bu nəticələrin gizlədilməsi ilə bağlı onlara göstəriş verib:
"Çox sonralar saçlarımda və dırnaqlarımda ağır metalla zəhərlənmənin izləri tapıldı.Onsuz da yazışmalarıma nəzarət olunduğu üçün sizə açıq yazıram. Zəhmət olmasa, Gürcüstanda Rusiya və Rusiyaya bağlı şübhəli hərəkətləri araşdıra bilərsinizmi? Dəqiq faktdır ki, general Beseda və Rusiyanın Federal Təhlükəsizlik Bürosunun digər rəsmiləri Gürcüstana tez-tez gəlirdilər. Zəhmət olmasa, Gürcüstan və Rusiya arasında mövcud olan kölgəli və oliqarxik sxemləri araşdıra bilərsinizmi? Əminəm ki, orada tapılacaq çox şey var və bu, mənim həyatımı xilas etmək üçün də faydalı olacaq".

5-01-2023, 10:56 148

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106