Nazir müavini: “Avropa İttifaqı Türkiyəyə ayırdığı 3,3 milyard avronu vermir”


Türkiyə Avropa İttifaqının miqrasiya böhranı ilə mübarizə üzrə birgə plan çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini, xüsusən də qaçqınlara yardımla bağlı Ankaraya kömək etməsini gözləyir.
Sumqayit.tv
“Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər nazirinin müavini Faruk Kaymakçı “21-ci əsrdə insan haqlarının gələcəyi” beynəlxalq konfransında çıxışı zamanı bildirib.
O deyib ki, Türkiyədə hazırda 4,2 milyon qaçqın var, bunun da 3,5 milyonu suriyalıdır: “Beynəlxalq ictimaiyyətin miqrasiya məsələlərində ölkəmizlə daha fəal əməkdaşlıq etməsini gözləyirik. Heç bir ölkə təkbaşına bu qədər qaçqını qəbul edə bilmir. Avropa İttifaqını qaçqınlarla bağlı dörd saziş üzrə öhdəliklərini tam yerinə yetirməyə, xüsusən də maliyyə yardımı ilə bağlı kömək etməyə çağırırıq".
Nazir müavinin sözlərinə görə, söhbət Türkiyəyə 3,3 milyard avronun ayrılmasından gedir.
F.Kaymakçı vurğulayıb ki, indiyədək 500 mindən çox suriyalı qaçqın Türkiyədən ölkəsinə qayıdıb və bu proses davam edəcək.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ilin mayında Suriyada vətənlərinə qayıdan qaçqınlar üçün 200 minə yaxın ev tikmək planlarını açıqlamışdı. Onların Ankaranın nəzarətində olan təhlükəsiz zonalarda xüsusi yaradılmış şəhərciklərdə yerləşdirilməsi planlaşdırılır. Layihə çərçivəsində ümumilikdə 1 milyondan çox suriyalı qaçqın öz vətənlərinə qayıda biləcək.
Xatırladaq ki, 2016-cı ildə Aİ ölkələrinin dövlət və hökumət başçıları miqrasiya böhranı ilə mübarizə üçün Türkiyəyə maliyyə yardımı nəzərdə tutan birgə planı razılaşdırıblar.
“Report”


11-01-2023, 14:45 170

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106