Rusiyada hərbi çevriliş iddiası: Generallardan Putinə qarşı gözlənilməz həmlə


“Rusiya-Ukrayna müharibəsi kontekstində son vaxtlar gündəmi zəbt etmiş əsas mövzu Putinlə hərbçilər, daha doğrusu, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı arasında olan münasibətlərin movcud durumudur. Ukraynaya qarşı hərbi təcavüzün həyata keçirilməsinə rəhbərlik edən və Putinə yaxın sayılan general Sergey Surovikinin hərbi əməliyyatların idarə edilməsindən kənarlaşdırılması ən müxtəlif mülahizə və ehtimallar doğurur”.
Sumqayit.tv
xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.
Onun sözlərinə görə, nəzəri baxımdan belə bir addım nə yeni, nə də qeyri-adidir, çünki Surovikindən əvvəl də iki general eyni aqibəti yaşayıb:
“Digər hadisələr olmasaydı, indiki yerdəyişməni də hərbi uğursuzluğun növbəti əlaməti kimi qəbul etmək olardı. Amma son hadisələrin Putinin şəxsi ordusu kimi fəaliyyət göstərən “Vaqner” özəl hərbi şirkəti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı arasındakı münaqişə ilə müşayiət olunması diqqət çəkməyə bilməzdi. İkinci səbəb isə əməliyyatlara rəhbərliyin Baş Qərargah rəisi general Valeri Gerasimova tapşırılmasıdır. Əsas mülahizə və mübahisələr də həmin təyinatın ətrafında gedir. Bu da təsadüfi deyil. Çünki həmin dəyişikliklər ərəfəsində də “Vaqner”lə Rusiya ordusu arasındakı ziddiyyətlər internet məkanında geniş yayılmışdı. Yayılan videolarda “vaqnerçi”lər Baş Qərargah rəisini hədəfə alaraq, onu küçə söyüşlərilə təhqir edirlər.

Diqqətçəkən məqamlardan biri də budur ki, Rusiya mediasının həmin videomüraciətlərin Ukrayna kəşfiyyatının təxribatı olduğunu iddiasını “Vaqner”in sahibi Yevgeni Priqojinin özü təkzib edərək təhqir yayanların məhz “vaqnerçi”lər olduğunu bildirib. Heç kəsə sirr deyil ki, Rusiyada belə bir addımı yalnız Prezident Putinin tapşırığı və ya ən azı susqun razılığı ilə atmaq olardı. “Putinin aşpazı” kimi tanınan Priqojinin prezidentin yaxın çevrəsinə daxil olan şəxslərdən olması isə bütün şübhələri aradan qaldırır.
Burdan da görünən odur ki, uzun müddətdir Kremllə Baş Qərargah arasında gedən mübarizə artıq açıq müstəviyə keçməyə başlayır. Görünür, bu səbəbdən də bir çox ekspertlər münaqişənin yeni fazaya keçdiyini bildirirlər.

İddiaya görə, müdafiə naziri ilə Baş Qərargah rəisi Putinə təzyiq edərək onun adamı olan Sergey Surovikini kənarlaşdırmağa və əməliyyata rəhbərliyi öz əllərinə götürməyə nail olub. Amma belə iddialar da baş verənlərin ümumi mənzərəsini tam əks etdirmir”.
Ərəstun Oruclu hesab edir ki, Rusiya ordusunun Ukraynadakı ardıcıl məğlubiyyətləri fonunda belə bir ssenari ilk növbədə elə Putinin özü üçün əlverişli ola bilər:
“Çünki bundan sonra baş verə biləcək məğlubiyyətlərə görə məsuliyyət onun hərbçi opponentlərinin üzərinə düşəcək. Bu isə Putinə daxili mübarizədə yeni kart-blanş vermiş olacaq. O, hakimiyyətə iddialı hərbi qanadı məğlubiyyətlərin səbəbkarı kimi ictimai rəydə nüfuzdan salaraq sonrakı mərhələdə isə onlarla bağlı məsələni birdəfəlik həll etməyə imkan verərdi.
Ukrayna cəbhəsində növbəti uğursuzluqlar isə tamamilə real və gözləniləndir. Odur ki, Rusiyada hərbi çevrilişin artıq başladığı iddiası hadisələrin sonrakı inkişafına dair versiyalardan yalnız biri ola bilər.
Digər versiyanı isə şərti olaraq “qarşılıqlı kompromis” hesab etmək olar. Bu, anlaşmanın kimin xeyrinə və kimin ziyanına olacağını isə söyləmək hələ tezdir. İndi Rusiyada hakimiyyətin taleyi daha çox Ukrayna rəhbərliyindən və ordusundan asılı olacaq”.

Teleqraf.com

14-01-2023, 13:42 156

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106