Britaniya Ukraynanın qələbəyə qədər dəstəkləməyi öhdəsinə götürüb.


"Böyük Britaniyadan Ukraynaya irimiqyaslı müdafiə yardımı paketi Rusiyaya və birbaşa Vladimir Putinə açıq siqnaldır ki, Britaniya ukraynalıları qələbəyə qədər dəstəkləməyi öhdəsinə götürüb".
Sumqayit.tv xəbər verir ki, bunu Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çıxışı zamanı Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli deyib.
"NATO standartlarına uyğun bir çox müasir tanklar və digər ağır tank və artilleriya silahları, digər zirehli texnikalar da daxil olmaqla dəstəyimizi artırmaq qərarına gəlməyimizin səbəbi çox aydın bir mesaj göndərməyimizdir", - Britaniyalı nazir qeyd edib.
O, bu mesajın, o cümlədən Putinə ünvanlandığını vurğulayıb.
"Bu ondan ibarət idi ki, biz ukraynalıları qələbəyə qədər dəstəkləməyi öhdəmizə götürmüşük", - Kleverli vurğulayıb.
O qeyd edib ki, Britaniya Rusiya Federasiyasının genişmiqyaslı təcavüzünə qarşı müqavimətin hər mərhələsində Ukraynanın nəyə ehtiyacı olması ilə bağlı ukraynalılarla, eləcə də NATO müttəfiqləri ilə həmişə çox sıx əməkdaşlıq edib.
Onun sözlərinə görə, cavab tədbirləri ən zəruri olanları əhatə edib - işğalın əvvəlində "Javelin" və NLAW kimi tank əleyhinə silahlardan tutmuş, Rusiyanın raket zərbələri nəticəsində Ukraynada kritik infrastrukturun bərpası üçün avadanlıqlara qədər. İndi növbə tanklarındır...
Britaniyalı nazir onu da qeyd edib ki, Qərb Ukraynaya kömək etməkdə “strateji dözümlülüyünü” davam etdirəcək və Putin bunu başa düşməlidir:
"Ona görə də onun (Kreml lideri - red) edə biləcəyi və öz ordusunu yaşada biləcəyi ən yaxşı şey etiraf etməkdir ki, biz ukraynalılar qalib gələnə qədər onların yanında qalacağıq".

18-01-2023, 11:39 131

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106