Bu ölkədə maaşlar rekord həddə artdı


Böyük Britaniyada mükafatlar nəzərə alınmadan orta əmək haqqının səviyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə sentyabr-noyabr ayları arasında 6,4 faiz artıb.
Sumqayit.tv
xarici mediaya istinadla bildirir ki, Milli Statistika İdarəsinin məlumatına görə, bu da 2001-ci ildən bu yana, pandemiyanın qızğın dövrü nəzərə alınmazsa, bu göstəricinin hesablanması tarixində rekord artım olub. 
Əmək haqqının ən çox artımı özəl sektorda - 7,2 faiz, dövlət sektorunda isə artım cəmi 3,3 faiz olub. Eyni zamanda, real ifadədə (inflyasiya nəzərə alınmaqla) əmək haqqının orta səviyyəsi illik müqayisədə 2,6 faiz azalsa da, aprel-iyun aylarında 3 faiz azalma qeydə alınıb.
“Bloomberg“ qeyd edir ki, əmək haqqının kəskin artması işsizliyin 4 faizdən aşağı düşməsi və ölkədə işçi qüvvəsi çatışmazlığının işəgötürənləri ixtisaslı işçilər üçün mübarizə aparmağa məcbur etməsi ilə bağlıdır.
Britaniyanın əmək bazarındakı gərginlik ölkə biznesinin və iqtisadiyyatının inkişafı yolunda əsas maneələrdən biri olaraq qalır, Britaniya Ticarət Palatasının İnsan Resursları şöbəsinin rəhbəri Ceyn Qratton bildirib.
Bütün dünyada əmək bazarında böhran hadisələri müşahidə olunur. Beynəlxalq Əmək Təşkilatı 2023-cü ildə məşğulluq artımının ötən illə müqayisədə yarı azalaraq 1 faizə düşəcəyini, işsizlərin sayının isə üç milyon nəfər artacağını proqnozlaşdırıb.
Qlobal iqtisadi tənəzzül insanları aşağı maaşlı işləri qəbul etməyə və işdə daha çox saat sərf etməyə məcbur edəcək. /Lent.az/

18-01-2023, 12:15 163

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106