Azərbaycan stendi beynəlxalq sərgidə mükafata layiq görüldü


Azərbaycanın stendi 7-9 sentyabrda Rusiyanın Moskva şəhərində keçirilən “OTDYKH Leisure” beynəlxalq sərgi və forumunda beynəlxalq mükafata layiq görülüb.
Sumqayit.tv xəbər verir ki, turizm potensialını sərgiləyən digər iştirakçı ölkələrdən fərqliliyi ilə seçilmiş Azərbaycan stendinə “Ən yaxşı təqdimat” nominasiyası üzrə mükafat təqdim olunub. 27-ci dəfə təşkil olunan forum-sərgidə Azərbaycan tərəfindən “Azərbaycan Hava Yolları” QSC (AZAL), Azərbaycan Hotel Assosiasyası, Naxçıvan Turizm Departamentinin nümayəndələri, eləcə də 11 yerli turizm şirkəti iştirak edib.
Forum çərçivəsində ölkəmizə həsr olunmuş “Azərbaycanın turizm imkanları və yeni marşrutların inkişafı” mövzusunda xüsusi sessiya keçirilib. 2 mindən çox iştirakçının qatıldığı tədbir çərçivəsində 40 müxtəlif mövzulu sessiyada 15 ölkədən 200-dən çox spiker çıxış edib.

Qeyd edək ki, sərgidə Azərbaycan, Moldova, Bolqarıstan, Belarus, Rusiya, Almaniya, İspaniya, Kipr, Misir, Tunis, Hindistan, Şri-Lanka, Çin, Yaponiya, Tayland, Tanzaniya, Braziliya, Kuba kimi 18 xarici ölkədən 350-dən çox şirkət iştirak edib.

Hər il keçirilən sərgi turizm təşkilatları və agentliklərinin, turizm üzrə ixtisaslaşmış dövlət və ictimai qurumların nümayəndələrini bir araya toplayır.

10-09-2021, 15:28 192

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106