Rusiya və İran gəmiləri Xəzərdən gizli şəkildə mal çatdırır – “Foreign Policy”


Rusiya və İran gəmiləri sanksiyalardan yayınaraq malların gizli çatdırılması üçün Xəzər dənizindən fəal şəkildə istifadə edirlər. Rusiya gəmiləri həmçinin avtomatik identifikasiya sisteminə (AIS) məlumat ötürülməsini dayandıraraq “qaranlıq” limanlara daxil olurlar.
Sumqayit.tv xəbər verir ki, bu barədə “Foreign Policy” nəşri yazıb.
Nəşrin məlumatına görə, təkcə son üç ayda Rusiya bayrağı altında üzən gəmilərin AİS-ə məlumat ötürülməsini dayandırması ilə bağlı 600-dən çox hal müəyyən edilib ki, bu da sistemdə problemlərin yaranmasına səbəb olub.
“Bu yaxınlarda Xəzər dənizində Rusiya və İran arasında üzən 12 gəmi “qaranlıq” limanlara daxil olub. Onların hamısı Rusiya və ya İran təşkilatlarına məxsus olub, Rusiya və ya İran bayrağı altında üzüblər”, – məqalədə deyilir.
 
Nəşr qeyd edir ki, Ukraynanın işğalından əvvəl Rusiyanın İranla ticarətə ciddi ehtiyacı yox idi. Belə ki, 2020-ci ildə Rusiya İrana təxminən 1,4 milyard dollar həcmində mal ixrac edib və təxminən 800 milyon dollar dəyərində də mal idxal edib. 2021-ci ildə isə Rusiyanın ixracı 3 milyard dolları, idxalı isə təxminən 1 milyard dolları keçib. Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi zamanı İran həm də Rusiya üçün böyük ehtiyac duyulan silah tədarükçüsünə çevrilib. İyunda rəsmi Moskva ilin sonuna qədər İran və digər Avrasiya ölkələri ilə azad ticarət sazişinin imzalanacağını, rəsmi Tehran isə Rusiya ilə böyük həcmdə neft və qaz mübadiləsi gözlədiyini bildirib

15-08-2023, 10:29 159

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106