Oskanyan: “Putin Paşinyanı məhv etdi, Qarabağ məsələsi erməni tarixindən çıxarılır”




“Əminəm ki, Ermənistan hakimiyyəti Qarabağ məsələsini tarix kitablarından çıxaracaq, onlar hər şeyi xalqa unutdurmağa çalışacaqlar”.
Sumqayit.tv xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Osknyan deyib.
Oskanyan Qarabağ səhifəsinin bağlanacağını və bundan narahat olduğunu bildirib:
“Hakimiyyət nümayəndələrinin verdiyi bəyanatlar, atdıqları addımlardan görünür ki, onlar Qarabağ məsələsini tamamilə bağlamağa, unutdurmağa çalışırlar. Hazırda dünyanın diqqəti Ukraynadan sonra İsrail və Fələstin məsələsinə yönəldiyi üçün Qarabağ yaddan çıxır. Bu səhifə belə getsə bütövlükdə bağlanacaq. Paşinyan böyük səhv edir, o özü başımıza müharibə bəlasını gətirmişdi. 9 noyabr sənədi bizim üçün pis olsa da, müəyyən ümidlər var idi. Lakin Paşinyan həmin sənəddə nəzərdə tutulmayan əraziləri də Azərbaycana qaytarmaq qərarına gəldi. Nə qədər etməməsini desək də, bizi dinləmədi. O anlaşılmaz şəkildə Azərbaycanın ərazi bütövlüyünü də tanıdı”.
“Vladimir Putin bu günlərdə keçirdiyi mətbuat konfransında Paşinyanı siyasi cəhətdən tamamilə məhv etdi. Putin açıq-aydın deməsə də, bizi başa saldı ki, bütün itkilərimizin səbəbi Paşinyanın addımlarıdır. O həmin səhifəni tamamilə bağladı. İnanın ki, bu sadəcə Rusiyanın deyil, həm də ABŞ, Fransa, Avropa İttifaqı liderlərinin də fikridir, sadəcə Putin kimi səsli şəkildə açıqlamırlar. Onlar deyirlər ki, heç nə edə bilməzlər, çünkü Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb”, – Oskanyan bildirib.// Globalinfo.az 

16-10-2023, 10:30 145

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106