Yeni doğulmuş körpənin qarnında əkizlər tapıldı


Yeni doğulmuş körpəyə çox nadir rast gəlinən bir xəstəlik diaqnozu qoyulub və cəmi üç günlük ikən cərrahi müdaxilə tələb olunub. Körpənin qarnında əkizlər olub.
Hindistandan olan adı açıqlanmayan 32 yaşlı ana, adi tibbi müayinənin bir hissəsi olaraq hamiləliyin 35-ci həftəsində skan etdirib və bu, onun dölün içində döl daşıdığını ortaya qoyub - belə nadir bir vəziyyət 500.000 diri doğulandan birində baş verir.
Beynəlxalq mamalıq və ginekologiyada ultrasəs cəmiyyətinə (ISUOG) görə, döldəki döl "inkişaf zamanı normal bacısının, yaxud qardaşının bədənində anormal inkişaf etmiş dölün mövcud olduğu monoxorion, diamniotik əkizlərin olduqca nadir anomaliyasıdır".
Tibbi qeydlər başlayandan bəri dünyada yalnız 200 belə halın qeydə alındığı güman edilir.
Qadın fevralın 1-də müayinədən keçib və daha sonra oğlan uşağı dünyaya gətirib.
Bir neçə gün sonra Hindistanın Maharaştra əyalətinin Amravati rayonundakı xəstəxanada körpə qarnından dölləri çıxarmaq üçün əməliyyat olunub.

Oğlanı həkim Uşa Qadlbihe əməliyyat edib və o, daha sonra onun içindəki embrionların inkişaf etmiş qolları və ayaqları olan əkizlər olduğunu təsdiqləyib.
Döllər uğurla çıxarılıb və o vaxtdan həm ana, həm də uşaq yaxşılaşır.
Dölün içərisində dölün yaranmasına səbəb olan şeyə gəlincə, bir nəzəriyyə onun "yüksək dərəcəli teratoma (anormal hüceyrələr toplusu) forması" olduğunu deyir” -  ISUOG-un məlumatında deyilir. Başqa bir nəzəriyyə görə  parazit əkizlərdir. Klivlend Klinikası izah edir ki, bu, bir dölün inkişafını dayandırdığı, lakin öz əkizinə bağlı qaldığı birləşmiş əkiz növüdür.
Digər əkiz inkişaf etməyə davam edir, lakin adətən parazitar əkizlərinin əzaları, orqanları və ya digər toxuma strukturları hələ də bağlı olaraq doğulur. Bu, çox nadir haldır", - məlumatda vurğulanır./lent.az

21-02-2025, 16:40 145

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106