Hər şey planlı idi: Trampın tətbiq etdiyi strategiya BU TARİXDƏ yazılıb - ŞOK

Gündəmə bomba kimi düşən iddia: Trampın tətbiq etdiyi plan keçən ilin aprel ayında yazılıb

İngiltərənin The Telegraph qəzeti gündəmə səs-küylü bir iddia atıb. Qəzetə görə, Oval Ofisdəki münaqişədən Moskvaya yaxınlaşmağa qədər baş verən hər şey – Trampın atdığı hər addım – ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq tərəfindən ötən ilin aprel ayında yazılmış planın bir hissəsidir.

Sumqayit.tv-in xəbərinə görə, The Telegraph bildirir ki, Trampın Ukraynanı nəzarət altına alma və ölkəni sülh danışıqlarına məcbur etmə strategiyası, keçən il birbaşa prezidentin Kiyev üzrə xüsusi nümayəndəsi tərəfindən yazılmış və yayımlanmış diqqətli bir planın izlərini daşıyır. ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq keçən ilin aprel ayında Ukraynaya edilən hərbi yardımların dayandırılmasının Kiyevi danışıqlara məcbur etmək üçün istifadə oluna biləcəyini yazmışdı.

Bəs plan və reallıq necə işləyir? Musavat.com detalları təqdim edir:

PLAN NƏ DEYİR?

ABŞ Rusiyanın daha da irəliləməməsi və sülh sazişindən sonra yenidən hücum etməməsi üçün Ukraynanı silahlandırmağa və müdafiəsini gücləndirməyə davam etməlidir. Bu yardım gələcəkdə Ukraynanın Rusiya ilə sülh danışıqlarına qatılmasını təmin edəcək.

GERÇƏKDƏ NƏ BAŞ VERİR?

Planın bu hissəsi tam olaraq Kelloqun dediyi kimi həyata keçdi. Tramp Putin ilə sülh danışıqlarına başladı və sonra Ukrayna Prezidenti Volodimir Zelenskini masaya dəvət etdi. Kiyev və Vaşinqton mədən razılaşması üzərində işləyərkən silah yardımı davam edirdi. Lakin Oval Ofisdə Tramp ilə Zelenski arasında baş verən dramatik mübahisədən sonra əlaqələr sürətlə pozuldu. ABŞ Ukraynaya silah tədarükünü dayandırdı və kəşfiyyat məlumatlarının paylaşımını kəsdi. Zelenski məcburən geri addım atdı və indi bu dəstəyi yenidən qazanmaq ümidi ilə Vaşinqtonla əlaqələri bərpa etməyə çalışır.

PLAN NƏ DEYİR?

ABŞ Prezidenti və digər NATO liderləri Ukraynanın NATO üzvlüyünü təhlükəsizlik zəmanətləri olan geniş bir sülh sazişi qarşılığında uzun müddət təxirə salmağı təklif etməlidir. Bu, Rusiya Prezidenti Putini sülh danışıqlarına qatılmağa inandıracaq.

GERÇƏKDƏ NƏ BAŞ VERİR?

The Telegraph-a görə, bu güzəşt Trump Putinlə danışmağa başlamazdan əvvəl artıq verilmişdi. ABŞ-nin müdafiə naziri Pete Hegseth Brüsseldə keçirilən NATO toplantısında “Amerika Birləşmiş Ştatları Ukraynanın NATO üzvlüyünün müzakirələr yolu ilə həllinin real nəticə olacağına inanmır” ifadəsini işlətdi. Bir neçə saat sonra isə Trump sosial media hesabında Putin ilə sülh danışıqlarına başladığını elan etdi.

PLAN NƏ DEYİR?

Ukraynadan torpaqlarını geri qaytarmaq hədəfindən imtina etməsi tələb olunmasa da, bunun üçün gücdən deyil, diplomatik yollardan istifadə etməsinin vacib olduğu vurğulanacaq.

GERÇƏKDƏ NƏ BAŞ VERİR?

Amerikalı rəsmilər ard-arda verdikləri açıqlamalarda Ukraynanın sülh müqabilində Rusiyaya bəzi əraziləri güzəştə getməli olduğunu vurğulayırlar.

PLAN NƏ DEYİR?

ABŞ və müttəfiqləri Rusiyaya qarşı sanksiyaları tamamilə aradan qaldırmaq və münasibətləri normallaşdırmaq öhdəliyi götürəcək və bu yalnız Ukraynanın da qəbul edə biləcəyi bir sülh sazişinin imzalanması ilə mümkün olacaq.

GERÇƏKDƏ NƏ BAŞ VERİR?

Kulis arxasında ABŞ rəsmilərinin münaqişə başa çatan kimi Moskvaya tətbiq edilən sanksiyaları yüngülləşdirmək üçün planlar hazırlamağa başladıqları iddia edilir. //Musavat.com

 


11-03-2025, 12:45 213

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106