Əli Laricani İslam ölkələrinə müraciət etdi: “Hansı tərəfdəsiniz?”


İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricani İslam dünyasına ünvanlanan müraciətlə çıxış edib.

Sumqayit.tv xəbər verir ki, İran rəsmisi regionda baş verən hadisələr fonunda müsəlman dövlətlərinin mövqeyini tənqid edib və onları həmrəyliyə çağırıb.

Laricani bildirib ki, danışıqların getdiyi bir vaxtda İran ABŞ və İsrail tərəfindən planlı hücumlara məruz qalıb. Onun sözlərinə görə, hücumların məqsədi ölkəni zəiflətmək və parçalamaq olub. O qeyd edib ki, hadisələr zamanı hərbi komandirlər, mülki şəxslər və dövlət strukturlarına yaxın olan şəxslər həlak olub, lakin buna baxmayaraq ölkə daxilində müqavimət güclənib.

İran rəsmisi çıxışında vurğulayıb ki, bəzi siyasi bəyanatlar istisna olmaqla, İslam ölkələrinin əksəriyyəti İran xalqına açıq dəstək verməyib. Onun sözlərinə görə, bu mövqe İslam həmrəyliyi prinsiplərinə uyğun deyil.

Laricani ABŞ və İsraili regionda əsas təhlükə adlandıraraq İranın onlara qarşı mübarizəni davam etdirəcəyini bildirib. O, həmçinin bəzi müsəlman dövlətlərinin İranın ABŞ bazalarına qarşı addımlarına etiraz etməsini də tənqid edib.

İran rəsmisi qeyd edib ki, Tehran öz ərazisinə qarşı istifadə olunan hərbi bazalara qarşı tədbir görmək hüququna malikdir və müsəlman ölkələrinə açıq sual ünvanlayıb:

“Bu gün qarşıdurmanın bir tərəfində ABŞ və İsrail, digər tərəfində isə müsəlman İran dayanır. Siz hansı tərəfdəsiniz?”

Müraciətin sonunda Laricani İslam ölkələrini birliyə çağıraraq bildirib ki, müsəlman dövlətlərinin həmrəyliyi regionun təhlükəsizliyi və müstəqilliyi üçün əsas şərtdir.


16-03-2026, 20:57 59

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106