Uşaqlara sosial şəbəkə QADAĞASI gəlir – Mask hamını SİLKƏLƏDİ

Süni intellektin yaratdığı saxta görüntülər, uşaqların təhlükəsizliyi və sosial şəbəkələrin nəzarətdən çıxması ilə bağlı qorxular Böyük Britaniyada siyasi sistemi silkələyib və hökuməti sərt qərarlar barədə düşünməyə məcbur edib.

Sumqayit.tv xəbər verir ki, bu barədə “Politico” saytında Mizi Klifton tərəfindən maraqlı yazı qələmə alınıb. Kliftonun hazırladığı təhlildə Böyük Britaniyada onlayn təhlükəsizlik siyasətinin necə qəfil sərtləşdiyi və bunun arxasında gözlənilməz şəkildə İlon maskının süni intellekt platforması “Grok”-un dayandığı göstərilir.
Məqalədə vurğulanır ki, hökumət uzun müddət rəqəmsal təhlükəsizlik məsələsində ehtiyatlı davranmağa çalışsa da, bir qalmaqal hər şeyi dəyişib.
Keçən ilin sonu və bu ilin əvvəlində, Milad tətilindən sonra Britaniya parlamenti işə yenicə qayıdarkən, “X“ sosial şəbəkəsində (Keçmiş Tvitter) iki qadın nazirin bikini geyimində görüntüləri yayılmağa başlayıb. Sonradan məlum olub ki, şəkillər saxtadır və Maskın süni intellekt çatbotu Grok tərəfindən hazırlanıb. Dekabrın 29-dan yanvarın 8-dək olan 11 gün ərzində Grok təxminən 3 milyon seksual xarakterli saxta görüntü yaradıb, onlardan 23 minə yaxını uşaqları təsvir edirmiş kimi görünürdü. Bu məlumatı “Center for Countering Digital Hate” açıqlayıb.
Britaniyanın baş naziri Kir Starmer vəziyyəti “iyrənc” adlandırıb və ölkənin rəqəmsal nəzarət qurumu olan Ofcom-a tam dəstək verdiyini bildirib. Maraqlıdır ki, Starmeri uzun müddətdir açıq şəkildə tənqid edən İlon Mask cavab olaraq baş nazirin bikini geyimində “deepfake” versiyasını paylaşaraq qalmaqalı daha da böyüdüb. Həmin günlərdə nə Starmer, nə də Mask baş verənlərin Britaniyanın onlayn təhlükəsizlik siyasətində dönüş nöqtəsinə çevriləcəyini təsəvvür edib.
Məqalədə qeyd olunur ki, “Grok” qalmaqalından əvvəl Britaniya hökuməti onlayn təhlükəsizlik qanunlarını sərtləşdirmək çağırışlarına ehtiyatla yanaşıb. Parlamentin elm, innovasiya və texnologiyalar komitəsi ötən ilin iyulunda xəbərdarlıq etmişdi ki, yeni qəbul olunmuş Onlayn Təhlükəsizlik Aktının bir çox hissəsi artıq köhnəlib və süni intellektlə bağlı riskləri əhatə etmir. Hökumət isə qanunun tam qüvvəyə minməsini gözləməyin vacibliyini deyərək dəyişiklikləri təxirə salmışdı. Ofcom-un keçmiş rəqəmsal təhlükəsizlik rəhbərlərindən Ouen Bennetin fikrincə, hökumətin mövqeyi sadə olub: “prosesə etibar edin”.
Lakin “Grok” hadisəsindən sonra vəziyyət dəyişib. X platforması əvvəlcə müqavimət göstərsə də, hüquqi təzyiqlər və bloklama təhlükəsi qarşısında geri addım ataraq bəzi ölkələrdə seksual deepfake şəkillərin yaradılması funksiyasını məhdudlaşdırmağa razı olub. Starmer bunu siyasi qələbə kimi təqdim edib və sonrakı çıxışlarında tez-tez “Grok ilə savaş”dan danışmağa başlayıb. Sorğular göstərib ki, britaniyalıların 58 faizi X platformasının bu cür görüntülərlə mübarizə aparmaması halında ölkədə bloklanmasını dəstəkləyir.
Bu hadisədən sonra hökumət süni intellektlə yaradılan qanunsuz məzmunla mübarizə üçün yeni qanun dəyişikliklərinə gedib və nazirlərə onlayn təhlükəsizlik qanunlarını daha sərt formada dəyişmək səlahiyyəti verib. Paralel olaraq uşaqların sosial şəbəkələrə girişinə məhdudiyyət ideyası sürətlə populyarlaşıb. Əvvəllər hökumət Avstraliya modelini – 16 yaşdan aşağı şəxslər üçün sosial media qadağasını – rədd etsə də, sonradan bu barədə geniş məsləhətləşmələr başladılıb.
“Smartphone Free Childhood” təşkilatının rəhbərlərindən Deyzi Qrinvell hesab edir ki, Grok qalmaqalı hökumətin sərt addımlar atması üçün uyğun siyasi an yaradıb. Təşkilat minlərlə valideyni səfərbər edərək deputatlara məktub kampaniyası başladıb və qısa müddətdə parlament üzvlərinə uşaqlar üçün sosial media yaş həddinin artırılması ilə bağlı kütləvi müraciətlər göndərilib. Hətta hakim Leyborist Partiyasından 61 deputat Starmeri uşaqları sosial şəbəkələrdən qorumaq üçün daha sərt tədbirlərə çağırıb.
Mizi Klifton Britaniya hökuməti artıq seçim qarşısındadır: ya 16 yaşdan aşağı şəxslər üçün sosial şəbəkələrə ciddi məhdudiyyət tətbiq ediləcək, ya da sonsuz lent (infinite scroll) kimi asılılıq yaradan funksiyalar bloklanacaq. İstənilən halda həm X platforması, həm də digər texnologiya şirkətləri yeni qaydalara uyğunlaşmalı olacaq, əks halda hökumətlə növbəti qarşıdurma qaçılmaz görünür. /Musavat.com 


26-05-2026, 16:43 190

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106