İzmirdə Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş anım proqramı keçirilib-FOTOLAR

   

Türkiyənin İzmir şəhərində, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Alsancak Kültür Sanat Fabrikası Muzey Müdirliyində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş anım proqramı təşkil edilib.

Sumqayit.tv xəbər verir ki, tədbirdə Azərbaycanın mədəniyyət elçisi, sənətçi Roza İbadova Kocamaz, musiqiçilər Əli Poladzadə və Sərvər Həsənov iştirak ediblər. Sənətçilər Mikayıl Müşfiqin məşhur “Oxu, tar” əsəri əsasında hazırlanan kompozisiyanı təqdim edərək tamaşaçıların böyük sevgisi və alqışları ilə qarşılanıblar.

Proqram çərçivəsində Mikayıl Müşfiqin bir çox şeirləri səsləndirilib, şairin yaradıcılığı və Azərbaycan ədəbiyyatındakı yeri haqqında məlumat verilib.

Tədbirdə çıxış edən Sənət Dəyirmanı platformasının rəhbəri Aygün Eroğlu, Nadirə Özsu, həmçinin Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının baş sədr müavini və İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Eşref Tuna Mikayıl Müşfiqin zəngin ədəbi irsindən, Azərbaycan-Türkiyə mədəni əlaqələrinin əhəmiyyətindən danışıblar.

Tədbirin sonunda iştirakçılara təşəkkürnamə və xatirə sertifikatları təqdim olunub.

Anım proqramı Azərbaycan ədəbiyyatının tanıdılması və iki qardaş ölkə arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


26-06-2026, 09:58 116

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106