Əli Xamenei ilə vida mərasimi başlayır – Dünya liderləri Tehrana toplaşır

İranın keçmiş ali lideri Əli Xamenei ilə vida mərasimləri bu gün Tehranda başlayır. Mərasimdə iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət nümayəndələri, parlament rəhbərləri, din xadimləri və yüksək vəzifəli rəsmilər İran paytaxtına gəlirlər.

Sumqayit.tv xəbər verir ki, fevralın 28-də həlak olan Əli Xameneinin vida və dəfn mərasimləri iyulun 4-dən 8-dək İran və İraqın müqəddəs şiə şəhərlərində keçiriləcək. Dəfn mərasimi isə iyulun 9-da onun doğulduğu Məşhəd şəhərində baş tutacaq.

İranın daxili işlər nazirinin müavini və dəfn mərasiminin təşkilat komitəsinin rəhbəri Əli Əkbər Purcəmşidian bildirib ki, ilk mərasim bu gün Tehranda İslam İnqilabının banisi Ayətullah Ruhullah Xomeyninin adını daşıyan Mosalla məscidində keçiriləcək. Bu məscid ölkədə dövlət səviyyəli matəm mərasimlərinin keçirildiyi əsas məkan hesab olunur.

Rəsmi Tehran 30-dan çox ölkədən nümayəndə heyətinin, eləcə də 90-dan artıq din xadiminin mərasimdə iştirak etmək istədiyini açıqlayıb.

Azərbaycan vida mərasimində Milli Məclisin sədri Sahibə Qafarova, Baş nazirin müavini Şahin Mustafayev, Naxçıvan Muxtar Respublikasının rəhbəri Cabbar Musayev və digər rəsmi şəxslərdən ibarət nümayəndə heyəti ilə təmsil olunacaq.

İraq Prezidenti Nizar Amidi və Baş nazir Əli əl-Zeydi də mərasimlərdə iştirak edəcəklər. Bundan əlavə, Xameneinin cənazəsi iyulun 8-də bir günlüyünə İraqın Nəcəf və Kərbəla şəhərlərinə aparılacaq və burada da vida mərasimləri təşkil olunacaq.

Tehranda keçiriləcək tədbirə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Tacikistan Prezidenti Emoməli Rəhmon, Ermənistanın Baş naziri Nikol Paşinyan, Pakistanın Baş naziri Şahbaz Şərif, Çin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədr müavini He Vey də qatılacaqlar.

Hindistanın Baş naziri Narendra Modi dəvət olunsa da, ölkəsini xarici işlər nazirinin müavini Pabitra Marqerita və Bihar ştatının qubernatoru Səyid Ata Həsnain təmsil edəcək.

Rusiya mərasimdə Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev səviyyəsində təmsil olunacaq. Onun iştirakını həm Kremlin mətbuat xidməti, həm də Medvedevin katibliyi təsdiqləyib.

Bundan başqa, Qətər, Livan, Suriya, Venesuela, Belarus və Şimali Koreyadan nümayəndə heyətlərinin, həmçinin HƏMAS, Hizbullah, Yəməndəki husi hərəkatı və İraqdakı şiə qruplaşmalarının nümayəndələrinin də Tehrana gələcəyi gözlənilir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Tehrana qarşı hərbi əməliyyatları dəstəkləyən ölkələr mərasimə dəvət olunmayıblar. Onun sözlərinə görə, Avropa İttifaqı rəhbərləri, Böyük Britaniya, Kanada və Avstraliya nümayəndələri tədbirdə iştirak etməyəcəklər.

Bu arada, İran polis qüvvələrinin Mərkəzi Qərargahının komandiri, general-mayor Əli Əbdollahi ABŞ və İsraili vida mərasimləri zamanı mümkün hərbi addımlardan çəkinməyə çağıraraq, belə bir halın baş verəcəyi təqdirdə İran tərəfindən sərt cavab veriləcəyini bəyan edib.


3-07-2026, 12:06 57

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106