“Filming Azerbaijan” “Dubai Expo 2020”də təqdim olundu


Dubai Expo sərgi məkanının “Terra Auditorium” zalında Azərbaycan Film Komissiyasının (“Filming Azerbaijan”) təqdimatı keçirilib. Təqdimat mərasimində müxtəlif ölkələrin film sektorunun nümayəndələri iştirak ediblər.

Sumqayit.tv xəbər verir ki, Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov tədbirdə çıxış edərək bu təşəbbüsün Azərbaycanın “film turizmi” potensialını üzə çıxaracağını, ölkəmizə bu istiqamətdə sərmayəni artıracağını və iqtisadi baxımdan əlverişli imkanlar yaradacağını qeyd edib. O, yarandığı bir il ərzində Film Komissiyasının artıq ABŞ, Türkiyə, Hindistan, Livan və digər ölkələrin kinematoqrafçıları ilə Azərbaycan ərazisində film çəkilişini təşkil etdiklərini dilə gətirib. 2021-ci ildə “Netflix” platforması ilə əməkdaşlıq nəticəsində ABŞ istehsalı olan böyük büdcəli bir filmin çəkilişlərinin bir hissəsi Bakıda aparılıb.
Dünyanın əksər ölkələrində Film Komissiyaları aktiv şəkildə fəaliyyət göstərir. Azərbaycan Film Komissiyası 2021-ci ilin yanvar ayında Mədəniyyət Nazirliyi tərəfindən ölkə ərazisində film çəkilişlərinə dəstək və təşviq məqsədilə yaradılıb. Milli kinematoqrafiyanın inkişaf etdirilməsi və dünya kinosuna inteqrasiyası baxımından çox vacib olan bu addım kino sənayesində böyük dəyişikliklərə səbəb olacaq. 
Yanvar ayının 11-də keçirilən tədbir artıq öz bəhrəsini verir. Monteneqronun və BƏƏ-nin bir neçə aparıcı film şirkətləri ilə ortaq layihələr müzakirə olunur.

17-01-2022, 12:26 358

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106