Rusiyaya məktub


Rusiyaya məktub

Qan Turalının yazısı...
Rus düşüncəsində daima iki ideya yanaşı gedib, biri slavyanofilçilikdir, digəri qərbçilik. İndi də rus ideya xəritəsi bu iki ideyanın daşıyıcılarından ibarətdir. Qərbçilər Rusiyanın inteqrasiyasının tərəfdarıdır, digərləri isə slavyan ənənələrini, Velikorus ruhunu qorumağın. İndi velikorusçuların əyyamıdır...
Rus imperiyasının qurucusu, imperator adını ilk alan I Pyotr taxtda ola-ola təğyiri-libas olub dənizçiliyi, gəmiqayırmanı öyrənmək üçün səyahətə çıxdı. Bir neçə il Almaniyada, Hollandiyada İngiltərədə yaşadı. Bu illər onun dünyagörüşünə əhəmiyyətli təsir göstərdi. Avropadan qayıtdıqdan sonra təbəələrinə saqqallarını qırxmasını, qərb paltarları geyinməsini əmr etdi. 
Pyotr dənizlərin aşiqi idi, ən böyük arzusu rus donanmasını qurmaq, universitet qurmaq, isti dənizlərə açılmaq idi. Sonuncu istisna olmaqla o bu arzularına yetəcəkdi. Onun Rusiya imperiyası xələfləri ilə böyüdü, genişləndi, qüdrətli bir ölkəyə çevrildi...
Baxın, Niderlandda Burjua İnqilabı 1588-də olmuşdu, İngiltərədə 1641-də, Fransada isə 1789-da. Bəs Rusiyada? Olmadı. (1905-ci il inqilabı burjua inqilabını sadəcə xatırladırdı) Rus imperiyası İngiltərə və Fransa imperiyalarından çox gənc idi, ancaq onların sənayeləşmə, maarifçilik həmlələrini həyata keçirə bilmədi. XX əsrdə imperiyanın çox cüzi hissəsi sənayeləşmişdi. (Sənaye mərkəzlərindən biri də Bakı idi) Rusiya gec doğuldu, tez qocaldı. Slavyanofilçilik hakim mövqelərə yiyələndi, mühafizəkarlıq artdı, kilsənin mövqeyi gücləndi. Bir sözlə, qərbçiliyin yaratdığı imperiya slavyanofilçilik, rus-pravaslav dalanına dirəndi. Birinci Dünya Müharibəsində isə 3 əsrlik imperiya tarixə qovuşdu. Ona Osmanlı, Avstriya-Macarıstan yoldaşlıq elədi...
Şair necə deyir? “Mən yetirdim al bayraqlı inqilablar nəslini...” 1917-ci ilin Oktyabr inqilabı rus ideyasında qərbçiliyin yenidən taxta çıxması idi. Çünki marksizm Qərb, daha konkret desək alman ideologiyası idi. O əzilmiş xalqlara azadlıq, kəndliyə torpaq, fəhləyə rifah vəd edirdi. (Verdi ya yox, məsələ bunda deyil)
Hərçənd burda bir mühüm qeydi də etmək gərəkdir, inqilab yüksək inkişaf etmiş burjua ölkəsində (Marks İngiltərəni deyirdi) olmalı idi, amma əvəzində təzəcə sənayeyə keçmiş Rusiyada baş verdi...
Leninin qısa, Stalinin uzunmüddətli hakimiyyəti dövründə savadsızlıq ləğv edildi, sənayeləşmənin təməlləri atıldı, elektrikləşmə, kollektivləşmə həyata keçirildi. (Stalinin qanlı cinayətlərini unutmuruq, sadəcə mövzumuz başqadır) Lenin və Stalin Pyotrun izinə düşmüşdü. 
SSRİ cəmi 33 ilə kotandan atom silahına qədər məsafə qət etdi. II Dünya Müharibəsinin qalibi olan müzəffər ölkə, Sosialist blokunun qüdrətli lideri idi, supergüc idi. Qərbləşmə Rusiyanı yenidən ucaltmışdı... 
Ancaq Çar Rusiyası necə ki, sənayeləşmənin ilk dövrlərində ləngidiyi kimi SSRİ də Elmi Texniki İnqilab qatarına minə bilmədi. Sənayeləşmə unuduldu. SSRİ-nin ixracatının üçdəbiri neftdən ibarət idi. Qənd, yağ kimi təlabat malları tapılmırdı. İdxal etmək üçün valyuta tapılmırdı... Və daha bir qərbləşmə nağılı da beləcə başa çatdı. Göydən bu dəfə çürük almalar düşdü.
Rusiya Federasiyası qarışıq 90-cı illərdən sonra suveren demokratiya, slavyanofilçilik istiqaməti götürdü. Adicə bir rəqəmə baxaq. 1989-cu ildə SSRİ-də 2.6. trilyon məhsul istehsal edilirdi, ABŞ-da isə 5.2. İndi ABŞ-da bu rəqəm 24 trilyondur. Rusiyada isə... Cəmi 1.7. trilyon.
Rusiya nə modernləşmə yolunu götürdü, nə sənayeləşmə. Xammal ixracatı ilə superdövlət yaranmır. Və slavyanofilçilik də rusofiliya ilə əvəz edildi. Ukrayna ilə müharibənin başqa izahı yoxdur.
 Son illərdə dünya bazarında neftin bahalaşması Velikorus ideyalarını cuşa gətirmişdir. Rus ideyası yeni bir "Velikorus" böhranı yaşayır. Xilas yolu isə məlumdur. Rusiyanın nicatı Qərbdədir... Qərb siyasi ideyasında, fəlsəfi fikrində, sənayesində, təfəkküründə... 
Rus qərbçiliyinin atası sayılan Pyotr Çaadayev yazırdı: "Başqa xalqlarda anadangəlmə var olan şeyləri gərək biz rusların başına çəkiclə vurub salasan".
Oraq getsə də çəkic qalır...

3-03-2022, 16:12 419

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106