AZAL İstanbulda turizm agentlikləri üçün təqdimat keçirdi - FOTO


İstanbulda Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) və Türkiyənin turizm agentlikləri arasında bu gün yeni imkanların və əməkdaşlığın inkişaf perspektivlərinin təqdimatı keçirilib.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, tədbir zamanı Türkiyədə satışların həyata keçirilməsi məsələlərinin müzakirəsinə xüsusi diqqət yetirilib, həmçinin görüşdə COVID-19 pandemiyası dövründə reyslərin yerinə yetirilməsi ilə bağlı vəzifələr müzakirə olunub.
Tədbir turizm sahəsində aviaşirkətlərlə iş üzrə dünyanın aparıcı şirkəti olan “Aviareps Turkey” tərəfindən təşkil edilib.
Görüşdə “Azərbaycan Hava Yolları”nın İstehsalat və Marketinq İdarəsinin rəisi Fuad Yusifov açılış nitqi ilə çıxış edərək, Azərbaycan ilə Türkiyə arasında beynəlxalq münasibətlərin təkcə qardaşlıq deyil, həm də strateji əhəmiyyətli xarakter daşıdığını vurğulayıb.
Turizm üzrə mütəxəssis Arzu Quliyeva ölkənin turizm potensialı haqqında təqdimatla çıxış edib və onun geniş turizm perspektivlərini qeyd edib.
Tədbir çərçivəsində AZAL aviaşirkətinin Asiya və Yaxın Şərq regionu üzrə marşrut şəbəkəsinin meneceri Elvin Raziyev təqdimatla çıxış edib. O qeyd edib ki, Türkiyə Azərbaycanla reyslərin yerinə yetirilməsinin sayına görə aparıcı ölkədir.
İstanbul AZAL QSC-nin marşrut şəbəkəsində ən çox uçuşlar həyata keçirilən şəhərdir. Reyslər həm “Azərbaycan Hava Yolları” tərəfindən İstanbulun yeni hava limanına, həm də aşağıbüdcəli “Buta Airways” aviaşirkəti tərəfindən Sabiha Gökçen hava limanına həyata keçirilir.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan və Türkiyə vətəndaşları yalnız biometrik şəxsiyyət vəsiqələrindən istifadə etməklə iki ölkə arasında asanlıqla səyahət edə bilərlər. Səyahətin rahatlığı ölkələrimiz arasında sərnişin axınının artırılması üçün əlavə stimuldur.
Hər il Azərbaycandan və Türkiyədən minlərlə turist iki ölkə arasında səyahət edir və bu rəqəm pandemiya səbəbindən tətbiq olunan məhdudiyyətlər aradan qaldırıldıqca tədricən artmaqda davam edəcək.

Bizimlə əlaqə saxlayın


16-03-2022, 16:59 409

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106