“Rusiya 230 mindən çox uşağı oğurlayıb” - Ukrayna rəsmisi

“Rusiya ukraynalı uşaqları qaçıraraq öz ərazisinə aparır. İşğalçıların məqsədi təkcə Ukraynanı tutmaq deyil, həm də Ukrayna millətini məhv etməkdir. Ümumilikdə 230 mindən çox uşaq Rusiya Federasiyasının ərazisinə deportasiya edilib”.

Sumqayit.tv “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəliyinin müşaviri Sergey Dvornikin bəyanatında deyilir.

Onun sözlərinə görə, Rusiya Ukraynanı gənc nəsildən məhrum etməyə çalışır.

"Rusiyaya zorla deportasiya edilmiş 1,4 milyon Ukrayna vətəndaşı arasında ən azı 230 min ukraynalı uşağın oğurlanması, müstəmləkəçiliyin müasir təzahürü olan Ukrayna millətini gənc nəsillərindən məhrum etməklə məhvə yönəlmiş cinayətdir", - Dvornik bildirib.

O əlavə edib ki, Ukrayna şəhərlərinə raket və artilleriya hücumları nəticəsində on minlərlə dinc sakin həlak olub, çoxlu sayda insan yaralanıb. 220 minə yaxın insan evini itirib.

Milyonlarla vətəndaş işğal edilmiş və ya müharibədən zərər çəkmiş əraziləri tərk etmək məcburiyyətində qalıb. 8 milyon insan məcburi köçkünə çevrilib, 6,5 milyon adam Ukraynanı qaçqın kimi tərk edib.

"Bizim heç bir şübhəmiz yoxdur ki, Rusiyanın hərbi strategiyalarında bu qaçqın böhranı müharibənin uğurlu nəticələrindən biri kimi nəzərdə tutulub. Eləcə də ərzaq böhranı", - Ukrayna nümayənsədi BMT-də bildirib.

Dvornik həmçinin Rusiyanın nasist tipli hərbi strategiyasının bir hissəsi olaraq mülki insanları hədəf aldığını bəyan edib.
 
Son hesablamalara görə, Ukraynada Rusiya Federasiyasının silahlı təcavüzü nəticəsində azı 671 uşaq xəsarət alıb. Onlardan 238-i uşaq dünyasını dəyişib. 433-dən çox yaralı var.

26-05-2022, 10:45 244

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106