Assanj Ekvador vətəndaşlığından məhrum edildi

Assanj Ekvador vətəndaşlığından məhrum edildi

Ekvador məhkəməsi “Wikileaks” saytının qurucusu, avstraliyalı jurnalist Culian Assanjı respublika vətəndaşlığından məhrum edib. 
Sumqayit.tv bildirir ki, Moderator.az-in məlumatına görə, bu barədə “ABC News” ölkənin Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
2018-ci ilin yanvar ayında Ekvador vətəndaşlığı alan Assanj iyulun 26-da - bazar ertəsi məhkəmə qərarı ilə bu hüquqdan məhrum edilib. Nazirlikdən verilən açıqlamada “məhkəmə əvvəlki hökumətin verdiyi qərarı nəzərdən keçirərkən müstəqil və lazımi hüquqi prosedurlara uyğun hərəkət etdi" - deyə bildirilib.
Lakin Assanjın vəkili müdafiə etdiyi şəxsin məhkəmə prosesində hüquqlarının pozulduğunu bildirərək apellyasiya şikayətinə baxılan məhkəmə iclaslarında iştirak etmək imkanından məhrum olunduğunu vurğulayıb.
Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi 2019-cu ilin mayında Assanja qarşı 17 ittiham irəli sürmüş, daha sonra başqa bir iddia əlavə etmişdi. ABŞ-a təhvil verilərsə, “Wikileaks”-ın qurucusu 175 ilə qədər həbs cəzası ala bilər. Keçmiş Amerika prezidenti Donald Tramp 2016-cı ildə “Demokratik Partiyanın sındırılmış serverlərindən məktubların mətnlərini aldığı mənbəni açıqlasa, Assanjı bağışlamağa hazıram” demişdi.
2012-ci ildə təcavüz ittihamı ilə İsveçə ekstradisiya olunmaqdan qorxan (iş 2019-cu ildə dayandırılmışdı) Assanj Londondakı Ekvador səfirliyindən sığınacaq istəmiş və orada təxminən yeddi il fasiləsiz olaraq qalmışdı.
Xatırladaq ki, Assanj “Wikileaks” saytı vasitəsilə ABŞ diplomatlarının sirrlərini, Amerikanın yüksək vəzifəli şəxslərinin korrupsiya əməllərini və məxfi dinləmələrini, casusluq qalmaqallarını, həmçinin, ABŞ-ın hərbi cinayətlərilə bağlı çox sayda olduqca məxfi sənədləri aşkarlayaraq dünya ictimaiyyətinə yaymaqla məşhurlaşıb. Bir çoxları onun həbsini Avropada söz və mətbuat azadlığının sonu kimi qiymətləndiriblər.

28-07-2021, 17:44 191

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106