Turizmin inkişafında qoruqların potensialından istifadə edilirmi?



Pərviz Heydərov yazır...
Ölkədə turizmin bərpası prosesi davam edir. 2014-2015-ci illərdə neftin dünya bazar qiymətlərinin enməsi nəticəsində valyuta bazarımızda yaranan gərginliyin aradan qalxmasında 2016-2018-ci illərdə ölkəyə turist axınının birdən-birə xeyli genişlənməsi mühüm rol oynamışdı. 
Ümumiyyətlə, məlumdur ki, 2020-ci ildə pandemiya ən çox turizm sektoruna zərbə vurdu. Azərbaycanda həmin ilədək turizm çox sürətlə inkişaf edirdi. 2019-cu ildə ölkəyə gələn 3 milyon 170 min 400 xarici ölkə vətəndaşlarının sırasında sırf turizm məqsədilə təşrif buyuranlar 2 milyon 863 min 500 nəfər təşkil etmişdi.
Turizm məqsədilə ölkəmizdən xaricə üz tutanların sayı isə 4 milyon 347 min 300 nəfər olmuşdu. Pandemiya ili olaraq yadda qalacaq 2020-ci ildəsə bu rəqəmlər müvafiq şəkildə 519 min 400 və 746 min 600 nəfərə düşdü. 2021-ci ildən isə dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də turizm tədricən bərpa olunmağa başlandı.
Bəli, turizmin inkişafında rəqabət əsas amil təşkil edir. Və odur ki, bu sahədə qonşu ölkələrdə vəziyyət diqqət mərkəzində saxlanmalıdır. Xarici turistlərin cəlbində qonşu Gürcüstan və Türkiyə ilə müqayisədə mövqeyimizi gücləndirmək, ümumiyyətlə, yerli və o cümlədən ölkəmizə gələn turistlərin sayının daha sürətlə artmasına və vəsait xərcləmələrinə nail olmaq qeyri-neft-qaz sektorunun inkişafında əsas prioritet sayılır.
Sözügedən sahə qeyri-neft sektorunun ən çox gəlir gətirən sahəsi olduğundan ölkəmizdə onun inkişafı və genişlənməsinə vaxtilə çox investisiyalar yatırılıb, infrastruktur qurulub və bir sıra tədbirlər həyata keçirilib. Bu gün yüksək xidmət səviyyəsinə malik mehmanxanaların mövcud olması, kadr hazırlığı, çoxlu sayda turist firmalarının fəaliyyət göstərməsi, informasiya-reklam strukturlarının varlığı qeyd edilən amillərin bariz nümunəsidir.
Bəs, daxili və xarici turizmin daha tez bərpası və inkişafı üçün bütün mövcud potensialdan istifadə edilirmi?
Fikrimcə, xeyr. Xüsusən də, ölkəmizin sahib olduğu zəngin tarixi-mədəni, təbii imkanları baxımından. Məsələn, götürək, qoruqlarımızı.
Bu günlərdə mətbuatda diqqətimi bir statistika cəlb etdi. O da bundan ibarət idi ki, bu ilin yanvar-sentyabr ayları ərzində Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna 3031 nəfər yerli və xarici turist səfər edib. Qoruğu ziyarət edənlərin 2382 nəfəri yerli, 649 nəfər isə xarici ölkə vətəndaşı olub.
Ümumiyyətlə, ötən il qoruğu cəmi 190 nəfər xarici ölkə vətəndaşı ziyarət etmişdisə, bu ilin 9 ayında əcnəbi turistlərin sayında 3 dəfədən çox artım baş verib. Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Hindistan, Kanada, Pakistan, Türkiyə, İtaliya, Fransa, Böyük Britaniya, Polşa, Almaniya, İspaniya, İsrail və digər ölkələrdən gələnlər üstünlük təşkil ediblər.
Etiraf etməliyik ki, qeyd olunanlar çox böyük və diqqəti cəlb edən nəticələrdir. Ölkədə turizm sahəsində, habelə müvafiq dövlət qoruqlarının ərazilərində yerləşən tarixi və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının Dövlət Turizm Agentliyi olduğu bəllidir.
Qəbələ Dövlət Tarix-Bədii Qoruğu isə adıçəkilən qurumun tabeliyindəki Qoruqları İdarəetmə Mərkəzinə daxil deyil.
Maraqlıdır, bəs, Dövlət Turizm Agentliyinin tabeliyindəki adıçəkilən Mərkəzə daxil qoruqlar üzrə bu cür statistikaya niyə rast gəlmirik?
Axı, Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun nümunəsindən əyani görünür ki, belə qoruqlardan ölkədə həm daxili, həm xarici turizmin inkişafında necə böyük töhfələr əldə etmək və qazanc götürmək mümkündür.
Niyə bu cür potensiallarımıza göz yumulur - dövlət səviyyəsində diqqət yetirilmir? 
Ümumiyyətlə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə onlarla bu cür qoruq daxildir. Bu obyektlər nəyə görə, Dövlət Turizm Agentliyinin tabeliyində sayılmırlar? Bu suallar ciddi yanaşma və araşdırma tələb edir.
Çünki adıçəkilən Agentlik turizm sahəsində vahid dövlət siyasətini formalaşdırmaq və həyata keçirmək, normayaratma işini icra etmək, dövlət tənzimləməsi, nəzarəti və əlaqələndirməsini, turizmi inkişaf etdirmək məqsədi ilə digər dövlət orqanları, müəssisələr və təşkilatlar, habelə fiziki və hüquqi şəxslər, o cümlədən beynəlxalq və qeyri-hökumət təşkilatları arasında əlaqə yaratmaq, qoruqların da ərazilərindən məqsədyönlü istifadəni təşkil etmək və milli kulinariya nümunələrini qoruyub saxlamaq və təbliğini təmin etmək istiqamətində fəaliyyət göstərir və cavabdehlik daşıyır.
Bütün bu deyilənlər baxımından, hesab edirəm, ölkədə indiyədək həm təşkilati, həm təbliğati və təşviqati xarakterdə görülən işlərə rəğmən, turizm sektorunun idarəedilməsi və inkişaf etdirilməsi sahəsində birinci növbədə idarəetmədə, ikincisi isə istifadəsi turizm nöqteyi-nəzərindən məqsədəuyğun sayılan obyektlərin müəyyən edilməsində, üçüncüsü isə ümumən, turizm biznesinin dövlətimizin maddi maraqları və mənafeyi baxımından təşkili sarıdan problemlər mövcuddur. Bunlar isə turizm sektorunun bərpası dövründə mütləq şəkildə aradan götürülməlidir.
Oxu.az

25-10-2022, 13:00 193

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106