Yaşıl kənd turizminə aid İNFOTUR proqramı həyata keçirilib



Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Şəfəq" Ekoturizm İctimai Birliyinin icra etdiyi “Regionlarda yaşıl kənd turizminin təbliği və təşviqi” layihəsi çərçivəsində 19 noyabr 2022-ci il tarixindən Lerik, Astara və Lənkəran rayonuna başlayan 3 günlük infotur yekunlaşıb.

Sumqayit.tv xəbər verir ki, İnfoturda KİV, QHT, turizm sahəsində çalışan və digər maraqlı tərəflərdən ibarət 18 nəfər iştirak edib. Proqramın ilk günü iştirakçılar Lerik rayonunda Hamarmeşə kəndindəki kənd evində yerləşib və onlara birliyin sədri, layihə rəhbəri Vamiq Babayev tərəfindən layihə barədə geniş məlumat verilib, layihənin hədəfləri iştirakçıların diqqətinə çatdırılıb. Birliyin sədr müavini, layihə eksperti Rafət Şirəliyev tərəfindən iştirakçılarla kənd turizmi anlayışı, fəaliyyətlər və təbliğatın təşkili istiqamətində müzakirələr aparaılıb. 
İnfotur zamanı iştirakçılar müvafiq olaraq Lerik rayonun Hamarmeşə, Astara rayonun Sım və Tüləgüvan, Lənkəran rayonun Rvo, Haftoni və Xanbulan kəndi və Lənkəran şəhərində olub, kəndlərdə turizm fəaliyyəti ilə məşğul olan ailə kəndli təsərrüfatları ilə görüşlər keçirib, kənd turizmi dəyər zəncirinə daxil olan fəaliyyətlərlə tanış olub və həmin fəaliyyətlərdə birbaşa iştirak ediblər. İnfotur zamanı kənd yeməklərinin hazırlanması, kənd təsərrüfatı işlərində iştirak, kənd ərazilərində gəzinti, Sım şəlaləsinə səfər və Sitrus təsərrüfatında meyvə yığımı, arıçılıq təsərrüfatı ilə tanışlıq, Çay plantasiyası, Xanbulan gölü, Xan evi və digər turizm əhəmiyyətli məkanlara infotur xarakterli fəaliyyətlər icra edilib. 
Proqramın yekununda Lənkəran şəhərində iştirakçılarla layihənin qiymətləndirilməsi yönümlü toplantı keçirilib və infotur iştirakçılarına sertifikat təqdim edilib. 
Qeyd edək ki, layihənin məqsədi Kənd yaşıl turizmi istiqamətində ailə kəndli təsərrüfatlarının nümayəndələri ilə kəndlərdə görüşlər təşkil etmək, KİV, QHT, Turizm şirkətlərinin əməkdaşları və digər maraqlı tərəflərin iştirakı ilə təbliğat və təşviqat işlərinin təşkil etməklə bu sahədə mütəşəkkilliyin artırılmasına dəstək olmaqdır.














23-11-2022, 13:31 293

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106