Bakı üzrə 200-dən artıq qurumuş və qəzalı ağacın götürülməsinə dair ictimai dinləmə keçirildi - FOTO


Qurumuş və qəzalı ağacların götürülməsi ilə bağlı növbəti ictimai dinləmə olub.

Sumqayit.tv xəbər verir ki, Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən tədbirdə Bakı şəhəri üzrə Xəzər, Suraxanı, Sabunçu, Binəqədi və Səbail rayonlarının ərazisində olan müxtəlif ünvanlar üzrə qurumuş və qəzalı ağacların götürülməsi ilə bağlı müraciətlərə baxılıb.
Ekoloqların, QHT və KİV nümayəndələrinin, həmçinin digər maraqlı tərəflərin iştirakı ilə keçirilən ictimai dinləmədə yaşıllıqların götürülməsi, bərpa dəyəri, mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görüləcək işlər müzakirə edilib.
Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib ki, mövcud yaşıllıqların qorunması məsələsi təkcə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət istiqaməti deyil, buna görə icra hakimiyyətləri, o cümlədən bələdiyyələrin də üzərinə vəzifə düşür. Bələdiyyələr öz ərazilərində mövcud olan yaşıllıqlara mülkiyyətləri kimi yanaşmalı, vaxtında və düzgün aqrotexniki qulluq tədbirləri görməlidirlər. Təbii ki, ağacların quruması və qəzalı vəziyyətə düşməsi iqlim amilləri ilə də bağlı ola bilər. Bu zaman həmin qəzalı ağacların götürülməsi üçün vaxtında Agentliyə müraciət edilməli, müsbət rəy verildikdən dərhal sonra proses qısa müddətdə icra olunmalıdır. Həmçinin qanunvericiliyə əsasən, götürülən ağacların yerində yeni tinglər əkilməli, verilən rəydəki öhdəliklərin hər biri yerinə yetirilməlidir.
“Agentliyə daxil olan hər bir müraciət ciddi araşdırıldıqdan sonra müsbət və ya mənfi rəy verilir. Bəzən ağacın götürülməsinə müsbət rəy verilsə də, prosesin gecikdirilməsi halları qeydə alınır. Ya mütəxəssislərimiz monitorinq apararaq bunu aşkarlayırlar, ya da bu, hansısa xoşagəlməz hallar baş verdikdən sonra üzə çıxır. Həmçinin, götürülən ağacların yerinə yenilərinin əkilməməsi halları ilə də qarşılaşırıq. Yəni, rəy veririksə, o demək deyil ki, nəzarət bitmiş sayılır. Proses nəzarətdə saxlanılır, öhdəlikləri yerinə yetirməyənlər isə cəzalandırılırlar”, - deyə M.Qənbərov qeyd edib.
Tədbirdə iştirak edən ekoloqlar və QHT nümayəndələri də bildirblər ki, yaşıllıq mülkiyyətçiləri üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirərək, vaxtında monitorinq və qiymətləndirilmə aparsalar, düzgün aqrotexniki qulluq göstərsələr, yeni-yeni yaşıllıqlar salsalar, ağacların kütləvi surətdə quruması, qəzalı vəziyyətə düşməsi problemləri azalar, bununla da ekologiyamıza böyük töhfələr vermiş olarlar.
Görüşdə Mərdəkan qəsəbəsi, Xəzər Tibb Mərkəzinin həyətində 36 ədəd qurumuş ağacın, Binəqədi rayonunun S.S.Axundov küçəsi, bina 4A, A.Kunanbayev küçəsi bina 11B, 7-ci mikrorayon., 3123-cü məhəllə ünvanı, “Bolluq” İK-nın inşa etdiyi yaşayış binasının həyətində ümumilikdə 10 ədəd müxtəlif cinsli qurumuş ağacların, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 20 yanvar küçəsi, 1 saylı qəbiristanlığın hasarı boyunca 11 ədəd müxtəlif cinsli qurumuş ağacların, Suraxanı rayonunun Əmircan qəsəbəsi Malik Mustafayev küçəsi, ev 8/6 ünvanında isə 1 ədəd qurumuş şam ağacının, Səbail rayonu, Badamdar qəsəbəsi S.Məmmədov küçəsi ev 11, mənzil 11 ünvanında 1 ədəd qəzalı ağacın, Səbail rayonu Parlament prospekti 76 ünvanı, Mərkəzi Klinikanın kompleksinin ərazisində 51 ədəd qurumuş şam və 1 ədəd qurumuş sərv ağaclarının, həmçinin Bayıl yamacının cənub hissəsində 100-dən çox qurumuş ağacın götürülməsinin, xəstəliyə yoluxmuş ağacların isə xüsusi qaydada utilizasiyası, yerinin dərmanlanmasının vacibliyi diqqətə çatdırlılıb.



29-09-2023, 18:41 206

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106