Tikinti layihələrində yaşıllıqların qorunub saxlanılması ilə bağlı növbəti ictimai dinləmə keçirilib



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyində tikinti və infrastruktur layihələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi üzrə növbəti ictimai dinləmə keçirilib. Müstəqil ekspertlərin, dövlət qurumlarının, QHT və media nümayəndələrinin iştirak etdiyi ictimai dinləmədə Bakının Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi, 4 ünvanında "Invest M. Construction"  MMC tərəfindən inşa olunan yaşayış binasının tikintisinin ekologiyaya, yaşıllıqlara təsiri müzakirə edilib. Məlum olub ki, şirkət tərəfindən tikinti zamanı 200-dən çox ağac və kol qanunsuz olaraq götürülüb. Aparılan söküntü işləri nəticəsində ətraf mühitə 1 milyon manata yaxın ziyan dəyib. Qeyd edilib ki, şirkət həmin ərazidə qalan yaşıllıqları da götürmək istəyir.
Tədbirdə iştirak edən media nümayəndələri şirkət rəhbərlərinə yaşıllıqların icazəsiz götürülməsi ilə bağlı suallar ünvanlayıb, bunu ekoloji hüququn pozulması olduğunu vurğulayıblar. Həmçinin son zamanlar xüsusilə Bakıda həyata keçirilən layihələrin yaşıllıqların mühafizəsində çətinliklər yaratdığı təəssüflə qeyd edilib, Agentlik rəsmiləri bildirib ki, həm dövlət qurumları, həm də şirkətlərin təqdim etdiyi layihələrdə mövcud yaşıllıqlara toxunulmadan, ekoloji mahiyyət kəsb edən məsələlərə diqqət yetirilməsi çox vacibdir. Həmin şirkətlərin öhdəlikləri var ki, layihə çərçivəsində müəyyən yaşıllıq salınmasını, onlara qulluq edilməsini, mövcud yaşıllıqların landşaft elementi kimi saxlanılması və onların ətrafında daha da geniş spektrdə, müxtəlif növ ağacların əkilməsini təmin etsin.
Görüşdə həmçinin Nərimanov rayonu Vaqif prospekti, Ceyhun Hacıbəyli və Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsində yeni parkın salınması və yeraltı keçidlə Dədə Qorqud parkı ilə birləşdirilməsi layihəsi, Həsən Əliyev küçəsindən Ziya Bunyadov küsəsinə paralel olaraq «Koroğlu» metro stansiyasına gədən yeni avtomobil yolunun, «Keşlə» bazarın yaxınlığında, Əliyar Əliyev küçəsində tikiləcək tunelin altına düşən yaşıllıqların və Heydər Əliyev prospekti, 167 ünvanında Azərbaycan Respublikası Mərkəzi Bankının yeni inzibati binasının sahəsinin ön giriş hissəsinə düşən yaşıllıqların köçürülməsi ilə bağlı müzakirələr aparılıb.
İctimai dinləmənin sonunda Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən tikinti şirkətlərinə rəmzi olaraq ağac tingləri hədiyyə edilib. Tikinti şirkətlərinə təbiətə dost münasibət bəsləmələri barədə çağırış edilib, "Yaşıl dünya naminə həmrəylik ili"ndə ətraf mühitə həssas yanaşmaq, ağacları kəsməmək, əksinə tinglər, fidanlar əkmək tövsiyə edilib.






13-07-2024, 09:52 227

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106