Prezident: "Sumqayıtın ekoloji fəlakətə çevrilməsinin şahidi olmuşuq"

Prezident İlham Əliyev Şuşada keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı Sumqayıtın sovet dövründə üzləşdiyi ekoloji problemlərdən danışıb.

Sumqayit.tv xəbər verir ki, dövlət başçısı Azərbaycanın uzun illər öz təbii sərvətlərindən lazımi şəkildə faydalana bilmədiyini vurğulayıb.

Prezident bildirib ki, ölkənin sərvətləri uzun illər Azərbaycan xalqının rifahına xidmət etməyib:

"Biz ancaq özümüzə güvənə bilərik. Baxmayaraq ki, Azərbaycanın çox böyük sərvətləri olub, əvvəllər onlardan heç biri, sözün əsl mənasında, Azərbaycan xalqının inkişafında rol oynamırdı. Çünki biz daha çox ümumittifaq büdcəsinə verirdik, heç nə almırdıq. Bizdən neft aparılırdı, Sumqayıt şəhəri ekoloji fəlakətə uğramışdı. Sovet İttifaqı dağılanda isə hər şey viran qalmışdı, torpaqlarımız əldən getmişdi", – deyə Prezident qeyd edib.

İlham Əliyev çıxışında vurğulayıb ki, Azərbaycanın inkişafı və təhlükəsizliyi üçün əsas dayaq dövlət və milli birlikdir.

"Bu mənada, ancaq özümüzə və dövlətə güvənməliyik, birlik heç vaxt sarsılmamalıdır. Bu gün Azərbaycan cəmiyyətində olan birliyə oxşar mənzərə tapmaq çətindir, çünki bu, insanların zehnindən və ürəyindən gəlir", – deyə dövlət başçısı əlavə edib.


13-07-2026, 15:59 59

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106