Qubada innovasiya festivalı keçirilib


Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Qubada innovasiya festivalı keçirilib. Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun ərazisində təşkil olunan festivalda kənd təsərrüfatı məhsul istehsalçıları üçün intensiv bağçılıq avadanlıqları, müasir texnologiyalar əsasında əldə olunmuş əkin materialları, suvarma sistemləri və alternativ enerji mənbələri ilə çalışan su nasosları, soyuducu kamera, zərərvericilərə qarşı mübarizə vasitələri, yem konteyneri, aqrodron, aqrorobot, həmçinin alternativ yem bitkiləri kimi çoxçeşidli innovativ məhsul və avadanlıqların təqdimatı olub.

Əvvəlki təqdimatlardan fərqli olaraq bu festivalda digər iştirakçılarla yanaşı, Energetika Nazirliyinin Bərpa olunan Enerji Mənbələri Dövlət  Agentliyi, “AMEA-nın Elm və Texnologiya Parkı” MMC və 10-a yaxın yerli şirkət öz innovativ məhsul və texnologiyalarını nümayiş etdirib. Mütəxəssislər tərəfindən festival iştirakçılarına tərkibi qida maddələri ilə zəngin olan kinoa, amarant, xaşa, sorqo, yonca, reiqras, raps bitkiləri, biohumus, torpaq frezi, smart arı yeşiyi, sublimator, “smart moles” sensoru, “NF010” və “qızılquş” dronları, tütün və meyvəqurudan texnikaları barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, yerli mütəxəssislər tərəfindən istehsal olunan “sublimator”  arı pətəyinin təmassız olaraq dərmanlanması prosesini həyata keçirən qurğudur. Nümayiş olunan “Solis rotovator” adlanan qurğu kiçik bağ traktorlarına qoşulur, şum edildikdən sonra torpağın doğranması və hamarlanması üçün istifadə edilir. Təqdimatı keçirilən qoşqu tipi asma olan dik bıçaqlı rotasion mala qurğusu şum edildikdən sonra torpağın yumşaldılması üçün istifadə edilir. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, “Smart Moles” sensoru innovativ kök nəmlik sensor sistemidir. Sairs təyziqli su boru şəbəkəsi mərkəzləşmiş ağıllı təzyiqli suvarma sistemi şəbəkəsidir. Alternativ enerji mənbələri ilə çalışan su nasoslarının köməyi ilə günəş panelləri vasitəsilə alınan enerjidən istifadə edərək suvarma həyata keçirilir. Quşqovan aparat isə xüsusi elektromaqnit şüaları buraxaraq quşlara təsir edərək onları ərazidən uzaqlaşdırır.
Regionlarda fermerlərin böyük marağına səbəb olan yaşıl yem konteyneri heyvandarlıq sahəsi üçün ekoloji baxımdan təmiz, qidalı yaşıl yem hazırlayan qurğudur. Yüksək qidalılıq dəyərinə malik sorqo bitkisi şoranlığa, quraqlığa qarşı davamlı olmaqla pöhrə vermək qabiliyyətinə məxsusdur. Bu üstün cəhət onu dağ və aran rayonlarında yetişdirib yaşıl və qaba yem kimi istifadə olunmasına imkan verir. Kinoa yüksək qidalılıq və məhsuldarlıq göstəricilərinə malik taxıl növüdür ki, həm insan qidasının, həm də heyvanların yem bazasının əsasını təşkil edir. “Raps” əsasən kənd təsərrüfatı heyvanları üçün şrot, jmıx kimi yüksək kalorili yem istehsalında tətbiq edilir. Yüksək protein və enerji dəyərinə malik maralfalfa heyvandarlıq sahəsi üçün xüsusi əhəmiyyətə malikdir.
İştirakçılar tərəfindən maraqla qarşılanan festivalın ölkənin digər regionlarında da davam etdirilməsi nəzərdə tutulur.
Qubada innovasiya festivalı keçirilib    Qubada innovasiya festivalı keçirilib   Qubada innovasiya festivalı keçirilib    Qubada innovasiya festivalı keçirilib   Qubada innovasiya festivalı keçirilib    Qubada innovasiya festivalı keçirilib   Qubada innovasiya festivalı keçirilib    Qubada innovasiya festivalı keçirilib   Qubada innovasiya festivalı keçirilib    Qubada innovasiya festivalı keçirilib   Qubada innovasiya festivalı keçirilib    Qubada innovasiya festivalı keçirilib   


Tarix: 04 Fevral 2022
Paylaşmaq:





4-02-2022, 13:45 478

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106