“Qiymət artımları obyektiv deyil”


“Bu gün iqtisadiyyatda ən mühüm məsələ işsizliklə bağlıdır”.
APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.
O bildirib ki, işsizlik məsələsi problem olaraq kifayət qədər böyükdür:
“Təklif edirəm ki, İqtisadiyyat Nazirliyi, eləcə də aidiyyəti qurumlarla bununla bağlı görüş keçirək. İkinci böyük problem inflyasiyadır. Bunun üçün biz ƏDV-ni differensiallaşdırmalıyıq. Biz hər məhsula 18% ƏDV tətbiq edə bilmərik. Ərzaq məhsullarında bu tələbi dəyişmək qiymətlərin qismən azalmasına səbəb ola bilər. Hökumət ərzaq məhsullarına 0% gömrük rüsumu tətbiq etməlidir. Çünki ərzaq məhsullarının qiyməti yüksəkdir, əhalinin gəlirləri bunu ödəmir. Qiymət artımları bu gün heç də obyektiv deyil. Buna nəzarət edilməlidir. Səkkiz ayın yekunları onu göstərir ki, biz ilin axırına inflyasiyanı kifayət qədər azalda bilərik. Səkkiz ayın bazasına baxanda onu görürük ki, iqtisadiyyatımızda elə ciddi problem yoxdur.
Digər məsələ Rəqabət Məcəlləsi ilə bağlıdır. Hökumət üzvləri ilə danışıb bu layihənin payız sessiyasında qəbul edilməsi barədə razılıq əldə etməliyik. Hazırkı şəraitdə bu məcəllənin qəbul edilməsi çox vacibdir”.
Komitə sədri Tahir Mirkişili cavabında qeyd edib ki, işsizliyin həlli yalnız dövlət üzərində olmamalıdır:
“Sizin bu təklifi yüksək dəyərləndirirəm və bu görüşə bir sıra özəl sektor, kiçik assosiasiyaları da dəvət edə bilərik. ƏDV ilə bağlı Dövlət Vergi Xidməti ilə müzakirələr apara bilərik. Amma bunun qiymət artımına necə təsir edəcəyini tam bilmirəm. Çünki Türkiyədə ərzaq məhsulları üzərindən əlavə dəyər vergisinin götürülməsi qiymət artımına təsir etmədi, əksinə, dövlət həmin vergini də itirdi”.

19-09-2022, 15:00 218

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106