Britaniya şahzadəsinin qalmaqallı avtobioqrafik əsəri bir gündə rekord sayda satılıb

Böyük Britaniya şahzadəsi Harrinin “Spare” (“Ehtiyat”) adlı qalmaqallı avtobioqrafik əsəri bir gündə 1,4 milyon nüsxədən çox satışla rekord vurub.
Sumqayit.tv
“Autoparus”a istinadən xəbər verir ki, bu barədə “Penguin Random House” məlumat yayıb.
Bildirilib ki, avtobioqrafik əsərin ilk gündə bu qədər sayda satılması indiyədək müşahidə edilməyib.
Nəşr, elektron və audio kitab şəkilində olmaqla ABŞ, Kanada və Böyük Britaniyada buraxılış günündə cəmi 1 milyon 430 min nüsxə satılıb.
500 səhifəlik əsərdə kral ailəsindəki gərginliklər, bir sıra şəxsi məsələlər öz əksinin tapıb. Harri kokain istifadə etdiyini, ilk dəfə yaşlı bir qadınla münasibət qurduğunu, qardaşı Uilyam ilə ciddi mübahisə etməsindən kitabında bəhs edib. Bildirilib ki, Uilyam Harrinin həyat yoldaşı Meqan Marklı “kobud” adlandırıb və bu ailə münaqişəsinə səbəb olub. Bundan başqa, Britaniya şahzadəsi kitabında “Taliban” terror hərəkatının 25 üzvünü qətlə yetirdiyini etiraf edib.
Vurğulanıb ki, bundan əvvəl şahzadə bir neçə dəfə verdiyi müsahibədə ailəsi və Britaniya mediası haqqında sərt danışıb.
“Penguin Random House” bildirib ki, ABŞ-ın keçmiş Prezidenti Barak Obamanın “Vəd edilmiş torpaqlar” əsəriı ABŞ və Kanadada nəşr olunduğu ilk gündə 887 000, xanımı Mişel Obamanın “Gəlirik” (“Becoming") adlı xatirə kitabı isə ABŞ və Kanadada ilk günündə 725 000-dən çox nüsxə satılıb.
Qeyd edək ki, Şahzadə Harri 2006-cı ildə Sandhurst Kral Hərbi Akademiyasını bitirib. 2007-2008 və 2021-2013-cü illərdə Əfqanıstanda “Əl-Qaidə” və “Taliban” yaraqlılarına qarşı döyüş əməliyyatlarında iştirak edib.




12-01-2023, 17:10 162

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106