Canlı yayımda polisə etiraz edib, başını qırxan qadın kimdir?


Bir neçə gündür sosial şəbəkələrdə Sumqayıt Polis İdarəsinin rəhbərliyinə etiraz edərək, canlı yayımda saçını qırxan və Azərbaycan qadını kimi yaşamaq istəmədiyini, bundan sonra “kişi kimi” həyatına davam edəcəyini deyən xanımın video-müraciəti paylaşılmaqdadır.
Bəs bu qadın kimdir və nə istəyir? Müraciətində o, 16 aprel tarixindən indiyədək Sumqayıt Polis İdarəsinin rəis müavini Cavidan Əlizadə tərəfindən mobil telefonunun qanunsuz şəkildə alındığını bildirir. Ancaq onun mobil telefonunu polisin niyə aldığı barədə heç bir izahat vermir.

Polis bir şəxsin telefonunu niyə almalıdır ki!? Qadın daha sonra bildirir ki, bir neçə yerə müraciət edib, hətta Sumqayıt polis rəisinin yanında olub: “Biri mənə deyir ki, cavan qadınsan, get həyatını yaşa; telefonunu, pulunu götür, çıx get...” Polis ona “telefonunu götür, çıx get” deyir? Bəs, 16 apreldən telefonunu “müsadirə etdiyini” bildirmişdi? Hətta “pulunu götür get” də deyiblər. Hansı pulu? Polis “telefonunu götür, çıx get” deyirsə, bəs niyə götürməyib və qanunsuz olaraq telefonunun alınmasından danışır? Daha sonra bir qadının şikayəti əsasında Sumqayıt Məhkəməsində 500 manat cərimə olunmasından da bəhs edir. Ondan niyə şikayət edilib? Hansı səbəblə məhz 500 manat cərimə kəsilib? Yenə də izahat yoxdur. Bu qədər qeyri-müəyyən, bir-birini və özünü təkzib edən video-müraciətin “ağrı” ilə, dərin “təəssüf”lə paylaşılması və sosial şəbəkələri bürüməsi sadəcə, anlaşılan deyil. Bəs, bu xanım kimdir? Jurnalist, Kriminal.az saytının redaktoru Anar Məmmədov qeyd edib ki, Tiktokda Miray kimi tanınan bu xanımın adı Ayseldir: “Bir neçə il əvvəl keçmiş əri ilə münaqişəyə görə ölkə başçısına video-müraciət edərək Ermənistana keçəcəyini demişdi. Mən də “Kriminal.az” saytında həmin müraciəti işıqlandırmışdım. Bir neçə gün sonra mənə zəng edərək probleminin həll edildiyini əsas gətirərək, müraciətinin saytdan silinməsini tələb etdi, lakin rədd etdim. Sonra gedib məni Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə şikayət etdi.Daha sonra hüquq müdafiəçisi Elçin Məmmədi həbs etdirdi. Bu gün isə növbəti dəfə şou göstərərək, Azərbaycan qadını olmaqdan imtina edir”

8-05-2024, 12:16 222

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106