Gölkənd kənd icması növbəti toplantısını keçirdi


Bu gün Qərbi Azərbaycan İcması (QAİ) Çəmbərək rayon Gölkənd kənd icmasının növbəti iclası keçirilib. 
Sumqayit.tv
-yə verilən məlumata görə toplantı Qərbi Azərərbaycan İcmasının Sumqayıt nümayəndəliyində baş tutub.  İclas 9 may qələbə gününə təsadüf etdiyi üçün II dünya müharibəsində və Azərbaycanın müstəqilliyi uğurunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükütla yad edilib. 
Toplantını Sumqayıt nümayəndəliyinin rəhbəri Ramiz İsmayılov açıb. Nümayəndəliyin rəhbəri  Gölkəndlilərə xoş gəldin edərək, onları İcmanın işində daha da fəal olmağa çağırıb. 
Sonra Çəmbərək rayon İcması sədrinin müavini, Gölkənd kənd icmasının sədri Tanrıverdi Mustafayev çıxış edib. O Sumqayıt nümayəndəliyinin ofisinin qapılarını onların üzünə açdığına görə, Ramiz İsmayılova minnətdarlığını bildirərək, gündəlikdə duran məsələni iclas iştirakçılarının diqqətinə çatdırıb. Kənd icma sədri bildirib ki, gündəlikdəki məsələ Gölkəndin adına tarixi kitabın buraxılmasıdır.  Təklif səsə qoyulub və yekdilliklə qəbul olunub.
Daha sonra Gölkənd kənd icması Ağsaqqallar Şurasının sədri, əməkdar müəllim, fizika üzrə fəlsəfə doktoru Vaqif Ələkbərov gündəlikdə duran məsələ ilə bağlı fikirlərini bölüşüb. V.Ələkbərov bildirib ki, dövlət başçısının dəqiq siyasəti sayəsində Qarabağ adlı yaramız sağaldı. Lakin, hələ də Azərbaycan dövlətinin qarşısında həll olunmayan məsələlər var ki, onlardan da biri Qərbi Azərbaycan məsləsidir. Biz dövlətin bu çağırışına dərhal cavab verməli və birlik nümayiş etdirməliyilk. 
 “Dövlətimiz Qərbi Azərbaycanlıların qayıdış məsləsini sülh yolu ilə həll etmək istəyir. Biz də Qərbi Azərbaycanlılar olaraq həmrəylik nümayiş etdirərək, ölkə rəhbərinin çağrışına qoşulub prosesin tezləşdirilməsi istiqamətində üzərimizə düşəni həyata keçirməliyik. O cümlədən də Gölkəndin tarixinə dair kitabın ərsəyə gətirilməsi üçün səfərbər olmalıyıq.”- deyə V.Ələkbərov iclas iştirakçılarına xitab edib. 
İclasda Gölkəndin tarixinə dair kitabın ərsəyə gəlməsi üçün 9 nəfərdən ibarət işçi qurupu yaradılıb. İşçi qrupunun rəhbəri isə Kooperasiya Universitetinin kafedra müdiri, fizika üzrə fəlsəfə doktoru Əmraslan Nəbiyev təyin edilib. 
Sonda qərara alınıb ki, növbəti iclas daha geniş tərkibdə keçirilsin.













9-05-2024, 18:02 534

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106