Könüllülər təmiz Bakı və sağlam gələcəyi təşviq ediblər



Ekoloji təmiz ətraf mühit və sağlam gələcək üçün emissiyaların həcmlərinin azaldılması, tullantıların idarə edilməsi, təkrar istifadəyə verilməsi və ictimai nəqliyyatdan istifadənin iqlim dəyişikliyinə qarşı mübarizədə rolunu təşviq etmək məqsədilə Nəqliyyat və Eko könüllülərinin “Təmiz Şəhər” ASC-yə təcrübə səfəri təşkil olunub.
 
Sumqayit.tv xəbər verir ki, Könüllülər simvolik olaraq AVRO 6 standartlarına cavab verən, sıxılmış təbii qazla (CNG) işləyən avtobusla səyahət ediblər. Səfər çərçivəsində “Təmiz Şəhər” ASC-də müasir texnoloji yeniliklər və ətraf mühitin mühafizəsi standartlarına uyğun fəaliyyət göstərən zavodlarla yaxından tanış olublar. Əyani şəkildə könüllülər bərk məişət tullantılarının çeşidlənməsini, həyata keçirilən təkrar emal prosesini, tullantıların idarə olunması, bərk məişət tullantılarının yandırılaraq zərərsizləşdirilməsi prosesi ilə tanış olublar. Məlumat turu çərçivəsində iştirakçılara “Təmiz Şəhər” ASC-nin fəaliyyətini əks etdirən broşürlər paylanıb və tullantıların düzgün idarə olunması ilə bağlı məlumat verilərək sualları cavablandırılıb.
 
COP26 iqlim dəyişikliyi sammitində karbon emissiyalarının həcminin azaldılması üçün piyada gəzmək, ekoloji təmiz nəqliyyat vasitələrinə üstünlük vermək, ictimai nəqliyyatdan istifadə etmək kimi vərdişlərin artırılması qarşıya məqsəd qoyulub. 
 
Qarşıya qoyulan hədəflərə çatmaq üçün Dayanıqlı İnkişaf Məqsədləri (DİM) 11 “Şəhər və yaşayış məntəqələrinin açıqlığını, təhlükəsizliyini, davamlılığını və ekoloji dayanıqlılığını təmin etmək”, DİM 13 İqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə vermək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Bakı Nəqliyyat Agentliyi birgə işçi qrupu yaratmışdır. Paytaxtda piyada zonalarının genişləndirilməsi, yaşıllığın artırılması, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi, ekoloji-sosial layihələrin həyata keçirilməsi istiqamətində birgə işlər görülür, könüllülərin iştirakı ilə vətəndaşlar arasında geniş maarifləndirmə işləri həyata keçirilir. 
 
İqlim dəyişikliyi ilə mübarizədə könüllülərin rolu dünya miqyasında danılmazıdr. Davamlı olaraq Nəqiyyat və Eko könüllüləri bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklər.

23-11-2021, 12:16 201

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106