Hicran Hüseynova Sumqayıtda qadınlardan ibarət təşəbbüs qrupu ilə görüş keçirdi



Bu gün Milli Məclisin deputatı Hicran xanım Hüseynova ilə Sumqayıtda qadınlardan ibarət təşəbbüs qrupunun görüşü keçirilmişdir.

Təşəbbüs qrupu bir neçə ildir ki, Sumqayıtda müxtəlif məsələlərlə bağlı könüllü şəkildə tədbirlər keçirirlər. Bu yaxınlarda Prezidentin “Qarabağa qayıdış”la bağlı müraciətindən sonra həmin qadınlar Sumqayıtda yaşayan keçmiş məcburi köçkün qadınlar arasında 200 nəfərlik bir sorğu keçirmişlər. Sorğuda müxtəlif suallarla, həm də “Qarabağa qayıdış”la bağlı istəklər, qorxular və gözləntilər haqqında suallar toplusu hazırlanmışdır. Həmin qadınlar sorğunu hazırladıqdan sonra həm də 4 fokus qrupdan ibarət görüş keçirmişlər və həmin görüşdə də müxtəlif suallarla bağlı cavablar alınmışdır. Ümumilikdə respondentlərin əksəriyyəti bildirmişlər ki, onlar Qarabağa dönmək, yaşamaq arzusundadırlar. Amma çoxunun qorxusu orda olan minalar və orada minalardan təmizlənməmiş sahələrin hələ qalması, müharibə qorxusu, işsizlik qorxusu və müxtəlif bu kimi məsələlərin gündəmdə olduğu göstərilir.

Bu təşəbbüs qrupundan ibarət olan qadınlar, müəllimlər, ziyalılarımız həm də Qarabağa dönüş zamanı könüllü olaraq müxtəlif sahələrdə çalışmaq istəyirlər. Onlar müxtəlif icmaların yaradılmasına, qadınların və orada yaşayan sakinlərin arasında olan problemlərin araşdırılması, üzə çıxarılması məsələlərinə də könüllü şəkildə yardım etmək istəyirlər. Bu müəllimlər həm Covid-19 zamanı, müharibə və müharibədən sonrakı illərdə müxtəlif imkansız ailələrin evlərini ziyarət etmiş, şəhid və qazi ailələrini ziyarət etmiş, könüllü şəkildə onların uşaqlarının müxtəlif yarışlara cəlb olunmasına köməklik göstərmişlər. Bundan sonra da bu təşəbbüs qrupunun üzvləri müxtəlif bu tipli tədbirləri keçirəcəklər.

Qadınlar bu gün Hicran xanımla görüş zamanı gördükləri müxtəliş işlər barədə məlumat vermiş və çox istəyirlər ki, qadın məsələlərində və qadın problemlərinin həllində çox böyük əməyi olan Hicran xanım Hüseynova da bu təşəbbüslərə qoşulsun və həmin təşəbbüs qrupunun daha da genişlənməsinə köməklik göstərsin. Görüşdə Hicran xanım Hüseynova da görülmüş işlərin təqdirəlayiq olduğunu bildirmiş və gələcəkdə müxtəlif sahələrdə, xüsusi ilə də şəhid və qazi ailələrinin, onların övladlarının müxtəlif peşələrə yiyələnməsinə dəstək olmasında bərabər işləmək üçün məsləhətlər vermişdir.






7-12-2021, 15:45 232

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106