DİM 2022-də keçiriləcək imtahanların qrafikini açıqlayıb


Dövlət İmtahan Mərkəzi (DİM) 2022-ci ildə keçiriləcək imtahanların qrafiki haqqında məlumat yayıb.

DİM-dən Sumqayit.tv-yə verilən məlumata görə, mərkəz tərəfindən 2021-ci il ərzində 32 növ imtahan keçirilib və bu imtahanlarda ümumilikdə 426 minə yaxın şəxs iştirak edib.

DİM tərəfindən keçirilən imtahanlar kütləvi xarakter daşıyır. Əlbəttə ki, bu imtahanların qrafikinin layihəsi ilin əvvəlində tərtib olunmaqla aidiyyəti dövlət orqanları ilə birgə müzakirə olunur, razılaşdırılır və yekun qərar qəbul olunduqdan sonra ictimaiyyətə təqdim olunur. Xatırlayırsınızsa, pandemiyadan öncə DİM tərəfindən növbəti il ərzində keçiriləcək imtahanların qrafiki adətən yanvar və ya fevral aylarında elan olunurdu. Lakin "COVID-19”la əlaqədar sanitar-epidemioloji vəziyyəti qabaqcadan müəyyən etmək çətindir. Ona görə də Mərkəz tərəfindən keçiriləcək imtahanların qrafiki 2 ildir ki, hissə-hissə təqdim olunur.

Ötən ilin sonunda DİM tərəfindən 2022-ci ilin yanvar və fevral aylarında keçiriləcək imtahanlarının qrafiki barədə məlumat verilib. Təəssüf ki, dünən axşamdan sosial şəbəkələrdə Mərkəz tərəfindən il ərzində keçiriləcək imtahanların tarixləri ilə əlaqədar layihə-qrafik paylaşılır. Bu layihə-qrafik məxfi sənəd deyil və həm DİM-in müvafiq departamentləri, həm də aidiyyəti dövlət qurumları arasında işçi qaydada müzakirə olunur. Ona görə də imtahanların məhz bu qrafik əsasında keçirilib-keçirilməyəcəyi haqqında əvvəlcədən nəsə demək mümkün deyil. Qrafik aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra və yuxarıda da qeyd edildiyi kimi, sanitar epidemioloji vəziyyətdən asılı olaraq hissə-hissə elan ediləcək.

Öz kütləvi xaraketeri ilə seçilən buraxılış imtahanları barədə onu deyə bilərik ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının isə aprel ayı ərzində keçirilməsi nəzərdə tutulur. Bu imtahanların keçirilmə tarixləri və yerləri yanvar ayı ərzində elan olunacaq.

Abituriyentlər və kütləvi informasiya vasitələri nümayəndələrindən diqqətli olmaları və yalnız rəsmi qaydada elan olunan məlumatlara istinad etmələrini xahiş edirik. Bir daha xatırladırıq ki, imtahan tarixləri məlum olan kimi dim.gov.az saytının "Təqvim” bölməsinə əlavə edilir və bununla bağlı rəsmi açıqlama verilir.


10-01-2022, 10:58 164

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106