Müşfiq Məmmədli gənclər siyasətindən yazdı



Müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumundan 26 il ötür. Xalqımızın ümummilli lideri Heydər Əliyev əsasını qoyduğu "Gənclər günü”nün ilk forumundakı tarixi nitqi ilə dövlətimizin yeni gənclər siyasətinin traektoriyasını cızmış və bu istiqamətdə fəaliyyətin məzmun, forma və metodlarını müəyyənləşdirilmişdir. Ötən 26 il ərzində Azərbaycan gəncliyi həqiqətən mütəşəkkil qüvvəyə çevrilmiş, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında daha fəallıq göstərmişdir.

1997-ci ildə Ulu Öndərimizin "2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında" Sərəncamı nəinki gənclərin, eləcə də bütün ölkə vətəndaşlarının böyük ruh yüksəkliyinə səbəb olmuşdur.
Bu gün Azərbaycanda bütün parametrlərə cavab verən sağlam gənclik yetişir. Onlar elm, mədəniyyət, səhiyyə, sənaye və digər sahələrdə böyük uğurlara imza atır, mötəbər idman yarışlarında ölkəmizin şərəfini qoruyaraq Azərbaycan Bayrağını yüksəklərə qaldırırlar.
Azərbaycan Respublikasının təhlükəsizliyini və müdafiəsini təmin etmək kimi müqəddəs vəzifəni yerinə yetirən Silahlı Qüvvələrimizin sıralarında xidmət edən hərbi qulluqçuların əksəriyyəti gənclərdir. Onlar Ulu Öndər Heydər Əliyevin ideyalarına həmişə sadiqdirlər, Vətən, xalq, dövlət qarşısında əsgəri borclarını şərəflə, ləyaqətlə yerinə yetirirlər. Ölkədə Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılır. Məhz həmin gənclik Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində doğma torpaqlarımızı düşmən tapdağından azad etdi. Əbəs yerə deyil ki,  Cənab Prezident Şuşada Cıdır düzündə bayram tonqalını alovlandırdıqdan sonraki nitqini də məhz Azərbaycan gəncliyinə həsr etdi: "Hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi”.
Bu gün ölkəmizin döyünən ürəyi olan gənclər ölkə rəhbərliyinin daimi diqqət və qayğısı ilə əhatə olunur. Eyni zamanda gənclərimiz də Cənab Prezidentə, Dövlətə, Vətənə, ölkəmizə, doğma torpağımıza daim sədaqəti ilə öz bağlılıqlarını isbat edirlər. 
Əziz gənclər! Azərbaycan xalqı hazırda  tarixinin ən şərəfli dövrünü yaşayır. Azad edilmiş torpaqlarımızın yenidən bərpası, abadlıq- quruculuq işləri Möhtərəm Prezidentimizin rəhbərliyi ilə ən yüksək səviyyədə aparılır. Ərazi bütövlüyünü təmin etmiş dövlətimizdə qarşımızda duran mühüm vəzifələrimiz vardır. Əminəm ki, bu yolda da birlik nümayiş etdirərək bütün bilik və savadımızı, gücümüzü səfərbər edərək "Dəmir Yumruğ”un daim  müvəffəq olması üçün əlmizdən gələni edəcəyik. Bu yolda hər birimizə uğurlar diləyirəm. Gününüz mübarək Azərbaycan Gəncliyi!!!
Müşfiq Məmmədli, 
Milli Məclisin deputatı

1-02-2022, 13:35 318

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106