Müdafiə Nazirliyində yüksək rütbəli zabit müəmmalı şəkildə öldü


“Müdafiə Nazirliyindəki maliyyə mənimsəmələrinə görə çox yüksək rütbəli bir zabit həyatını itirib”.

Bu barədə açıqlamasında hərbi ekspert, ehtiyatda olan zabit Üzeyir Cəfərov məlumat verib.
O, hələlik həmin şəxsin adını açıqlamaq istəməyib: “Zabitin ölümü açılıb ağardılmadı, sakitcə ötüşdürüldü. Çünki çox məsələləri onun üzərinə yükləməyə çalışdılar və o insan da dünyasını dəyişdi”.
Nazirlikdəki yeyinti ilə bağlı DTX-nin keçirdiyi əməliyyat zamanı həbslər olunanlardan danışan ekspert qeyd edib ki, iş bununla yekunlaşmayacaq: “Çünki hazırda ittiham olunan şəxslər sadəcə icraçılardırlar. Sənədi imzalayan şəxslər isə onların rəhbərləridir. Maliyyəçinin yeyintilər barədə rəhbərlərə hansı formada məruzə etməsi, hansısa sənədə imza çəkdirməsi və digər məsələlər, yəqin ki, araşdırmadan sonra məlum olacaq”.
Ü. Cəfərov konkret adlar da çəkib: “Bu məsələdə Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Sübhan Bəkirovin adını çəkmək olar, çünki həbs olunanlardan biri Hərbi Dəniz Qüvvələrinin nümayəndəsidir.
Daha sonra bu məsələdə general-leytenant Ənvər Əfəndiyevin adını çəkmək lazımdır.
İlk növbədə isə ən böyük məsuliyyət Müdafiə Nazirliyinin maliyyə və büdcə idarəsinin rəisi general-mayor Nizami Məmmədovun üzərindədir. Bildiyim qədəri ilə onun da bu məsələdə ifadəsi alınıb. Amma saxlanılanlar arasında deyil. Yəqin ki, bu şəxslərin hər birinin hərəkətlərinə hüquqi qiymət veriləcək. Hesab edirəm ki, kimliyindən asılı olmayaraq rəhbər şəxslər məsuliyyət daşımalıdırlar”.
Ehtiyatda olan zabitin sözlərinə görə, bu məsələyə görə Hesablama Palatası da sorğulanacaq:
“Çünki bu illər ərzində onlar Müdafiə Nazirliyini bir neçə dəfə yoxlayıblar. Necə olub ki, maliyyə yeyintilərini görməyiblər, yaxud görmək istəməyiblər?
Maliyyə rəisləri qanunu pozublarsa, ən sərt şəkildə cəzalandırılmalıdırlar. Kimin həddi çatar ki, bu qədər faktdan sonra məsələni ört-basdır etsin? Heç kimin həddi üçün deyil”.
Hərbi ekspert düşünür ki, bu məsələdə həbslərin davamı olacaq: “Çox sərt qərarlar veriləcək və addımlar atılacaq. Bu işləri həyata keçirən insanların arxasında dayanan adamlar ifşa edilməli, ordudan qovulmalı və məsuliyyətə cəlb olunmalıdır. Yaxın günlərdə bu məsələ ilə əlaqəli başqa şəxslər – daha yüksək rütbəli şəxslər həbs oluna bilər. Araşdırılandan sonra hər şey aydın olacaq”.
Xatırladaq ki, bir neçə gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində əməliyyat keçirib. Müdafiə Nazirliyinin maliyyə idarəsinin rəisi Rafael Xəlilov, Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayramov Bayram Xəlil oğlu, "N" saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fərahim Sərkərov, Müdafiə Nazirliyinin zabiti Vüsal Əlizadə maliyyə yeyintisi ittihamları ilə həbs olunublar. Polkovnik Xəlilov yarım milyon manatdan çox dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir. Bayram Bayramov 2 milyon 635 min, Fərahim Sərkərov 450 min, Vüsal Əlizadə isə 1 milyon 800 min manatı mənimsəməkdə ittiham olunur.

16-02-2022, 13:24 336

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106